USAİD rəsmən bağlandı...
04.07.2025 [08:39]
Ağ Ev qurumun fəaliyyətini “səmərəsizlik dövrü” adlandırdı
Bu ilin fevralından start götürmüş proses yekunlaşdı - Ağ Ev USAID-in bağlandığını rəsmən elan etdi. Belə ki, Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xarici yardımının dayandırıldığını rəsmən elan edib. Agentliyin effektivliyini tənqid edən Marko Rubio qurumun fəaliyyəti dövründə inkişaf məqsədlərinə nadir hallarda nail olunduğunu və ABŞ əleyhinə əhval-ruhiyyənin daha da artdığını vurğulayıb. “Hökumət tərəfindən maliyyələşdirilən səmərəsizlik dövrü rəsmən başa çatdı”, - deyə Dövlət katibi sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ hökumətinin siyasətinə uyğun gələn və ölkənin maraqlarını təşviq edən xarici yardım proqramları bundan sonra Dövlət Departamenti tərəfindən idarə olunacaq.
“Layihə”lər: 10 min porsiya yemək, transgender operası, LGBT myuzikl...
Vurğulandığı kimi, bu il fevralın 3-də Vaşinqtonda Ronald Reyqan binasındakı USAİD Baş Qərargahı “qapılarını bağlayıb”, binanın divarlarından USA?D-in fəaliyyətini təsvir edən loqo və fotoşəkillər götürülüb. Ardından isə, agentliyin “X” sosial platformasındakı hesabı və saytı bağlanıb. Buna əsas kimi isə ABŞ dövlət başçısının müvafiq sərəncamı göstərilib. Yanvar ayında baş tutan inauqurasiya günü Tramp 40-dan çox sərəncam imzalamışdı və bu sərəncamların içində USAİD-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə dondurmaq da yer alırdı. Ardından isə Marko Rubio Dövlət Departamentinə və USAİD-ə proqramlara baxılana qədər xarici yardım göstərməyi qadağan edən direktiv vermişdi. Bu iki struktur ABŞ tərəfindən verilən xarici yardımın təxminən 90 faizini özündə birləşdirirdi. USAİD 2023-cü ildə 42,5 milyard dollar, Xarici İşlər Nazirliyi isə 18,9 milyard dollar beynəlxalq yardımlar üçün pul ayırıbmış. 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib.
Bu qədər böyük malinyələrin ayrıldığı layihələrə nəzər yetirdikdə isə, USAİD-in böyük maliyyə fırıldaqları ilə bağlı söylənənlər öz əsasını tapır. Qeyd edək ki, ABŞ hakimiyyəti USAİD-in “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramları maliyyələşdirdiiynin üstünü açıb. USAİD-in Əl-Qaidənin gələcək lideri Ənvər Əl-Əvlakinin kollec təhsilinin maliyyələşdirməsi ilə bağlı xəbər də artıq faktoloji təsdiqini tapıb.
Mediaya axan milyardla?...
Daha sonra isə agentliyin yardım etdiyi Amerikanın «Politico», «The New York Times» qəzetləri və «Associated Press» informasiya agentliklərinin maliyyələşməsinin dayandırıldığı elan edilib. USAİD-in ifşası zamanı üzə çıxan faktlar mühüm rəqəmlərlə müşayət olunur - USAİD dünya üzrə nüfuzlu mediaları maliyyələşdirib:
- «The New York Times”: 2024-cü ildə 3,1 milyon dollar ayrılıb;
- “Politico” 8 milyon dollar;
- “Associated Press” 19 mln.dollar;
- BBC 2,6 milyon funt;
- Reuters 9 milyon dollar;
- Frans-Press 447 min dollar.
Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist USAİD tərəfindən maliyyələşdirilib. Hesabata görə, yalnız Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilib - 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib.
Samanta Pauer, yoxsa “erməni vəkili”?
Araşdırmalar zamanı USAİD-in sabiq rəhbəri Samanta Pauerin sərvəti də açıqlanmışdı. Bildirilmişdi ki, Pauer öz pullarını son üç ildə 23,3 milyon dollar artırıb. Halbuki onun maaşı ildə 180 min dollar olub.
Pauerin erməni lobbisi ilə işbirliyi ilə bağlı da KİV-lərdə kifayət qədər məlumatlar yer alıb. Qeyd edək ki, ötən ilin iyul ayında USAİD-in rəhbəri Samanta Pauer Ermənistana səfər etmişdi. Səfər zamanı təşkilatın Ermənistanda “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayırdığı bildirilmişdi. S.Pauer USAID Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını da elan etmişdi. USAID rəhbəri 2023-cü ildə də Ermənistana səfər edib və səfər zamanı Qarabağı könüllü tərk edən ermənilərlə görüşərək Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi.
Lakin təşkilat bununla da kifayətlənməyib. Ötən ilin sentyabrında USAİD Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək”di…
Azərbaycanda fəaliyyətinə xitam verilmişdi...
USAİD vaxtilə Azərbaycana münasibətdə fərqli maraqların aləti qismində çıxış edib. USAİD-in maliyyəsi ilə ölkədə destabillik yaratmağa çalışan, milli maraqlara qarşı çıxanlar sifariş əsasında direktivlər yerinə yetirməklə məşğul idilər. Azərbaycan dövləti milli maraqlara təhdid yaradan bu amillərin aradan qaldırılması istiqamətində əsaslı işlər gördü. Bayden administrasiyasının konkret bölgələrə münasibətdə xarici siyasət kursunun əlaqələndiricisi kimi çıxış edən USAİD və onun kimi “yumşaq güc” prinsipinə əsaslanan maliyyələşdirici təşkilatlar isə bu məsələdə “həlqə” rolunu oynayırdılar. Zaman-zaman Azərbaycanda da qeyri-adekvat fəaliyyətlə “yadda qalan” USAİD və onun rəhbəri Samanta Pauel öz işlərini “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” adı altında kamuflyaj etməyə çalışırdı. Amma bu çox çəkmədi və USAİD Azərbaycanda tam ifşa olundu. Belə ki, bu il yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-ın maraqlarının icrasına xidmət edirdi: “Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”.
Nazir bəyan etmişdi ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırlatmışdı ki, 2000-ci ildən çərçivə sənədi mövcud idi: “Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-ın Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərlə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik”.
Sazişin xitam müddəti isə 2024-cü ilin fevral ayına təsadüf edib. “Bu ərəfədə ABŞ-dən Azərbaycana ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-a göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi”, - deyə nazir bildirmişdi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
