Rusiya KTMT-nin taleyindən narahatdır
03.07.2025 [08:42]
Ermənistan təşkilatın tədbirini növbəti dəfə baykot edib
Ermənistanın 2022-ci ilin payızından etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini faktiki olaraq dayandırdığı məlumdur. Rəsmi İrəvan bu məqsəd üçün praktiki addımlar da atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edilib. Həmçinin təşkilatın bu ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimlər təxirə salınıb. Bundan əlavə, baş nazir N.Paşinyan nümayişkəranə şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərinə qatılmır. Eyni zamanda, Ermənistan KTMT-yə üzvlük haqqı ödəməyi də dayandırıb.
Mirzoyan XİN Şurasının iclasına qatılmayıb
Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Rəsmi İrəvanın “incikliyi” 2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən hərbi toqquşma zamanı KTMT-nin onu müdafiə etməməsi ilə bağlıdır. Əslində, Paşinyan hakimiyyəti bütün bunlardan ölkəsini Rusiyadan uzaqlaşdırmaq üçün bir bəhanə kimi istifadə edir. İyunun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının da baykot edilməsi bunun göstəricisidir. İclas iştirakçıları beynəlxalq və regional vəziyyəti, bunun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edib, informasiya təhlükəsizliyi və xüsusilə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar terrorizm və ekstremizmə doğru aparan radikallaşmaya qarşı mübarizə məsələlərinə dair bəyanatlar qəbul ediblər. Həmçinin Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzinin yaradılması məsələsi nəzərdən keçirilib.
Lavrov niyə İrəvanı hədəfə alıb?
Maraqlıdır ki, KTMT-nin əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə zalda Ermənistan bayrağı da asılıb. Yəqin ki, rəsmi Moskva bu addımla heç bir halda İrəvanı qurumdan kənar görmək istəmədiyini büruzə verməyə çalışıb. Ancaq Ermənistanın bu dəfə də təşkilatın işini baykot etməsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu “qəzəbləndirib. Ona görə də, Lavrov çıxışının böyük hissəsini Ermənistana “həsr edib”. İş burasındadır ki, Rusiya XİN başçısı özünün tənqidi çıxışında Ermənistan-KTMT münasibətlərindən daha çox Paşinyan-kilsə qarşıdurmasına yer verib. Lavrov İrəvan hakimiyyətini ultimativ formada hədələyərək erməni apostol kilsəsi ətrafında münaqişənin həll edilməli olduğunu vurğulayıb: “Ermənistan apostol kilsəsi ətrafında münaqişə İrəvanın daxili işi olsa da, Rusiya Federasiyası qarşıdurmanın ölkə konstitusiyası əsasında və dindarların hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həll olunmasında maraqlıdır”. O bildirib ki, Rusiya kilsənin əsassız hücumlara məruz qalmamasında maraqlıdır: “Mövzunu müzakirə etdik, Ermənistan daxilində baş verənlərlə bağlı ciddi narahatlığımızı bildirdik. Kanonik, minillik erməni apostol kilsəsinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Biz bu kilsənin əsassız, mahiyyətcə hər hansı ciddi əsas olmadan hücumlara məruz qalmasını istəməzdik. Və biz bu münaqişənin, bu vəziyyətin Ermənistanın konstitusiyası əsasında, dindarların hüquqlarına, əslində, istənilən digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez tənzimlənməsində maraqlıyıq”.
İrəvandan Lavrova çağırış: Daxili işlərimizə qarışmayın!
Məlumdur ki, məhz erməni kilsəsi Rusiyanın Ermənistanda əsas dayaqlarından biri olub və başladılan hərəkatda da Moskvanın izi aydın görünür. Lakin Paşinyanın kilsəyə qarşı sərt addımları Kremlin müəyyən planlarını pozub. Bu səbəbdən də Lavrov KTMT iclasının böyük bir hissəsini erməni keşişlərin müdafiəsinə həsr edib. Rəsmi İrəvan da Lavrovun ittihamlarını cavabsız qoymayıb və Rusiyanı ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarının fikirlərini “yanlış və natamam” adlandıraraq, Ermənistanda hakimiyyətlə kilsə arasında heç bir mübarizənin olmadığını bildirib. “Cənab Lavrov çox güman ki, bir sıra din xadimlərinin Ermənistanın siyasi həyatına müdaxiləsi və ya sonradan dövlət çevrilişinə cəhddən bəhs edir. Bu, Ermənistanın daxili işidir”,- deyən Mirzoyan əlavə edib ki, Rusiya Federasiyasının rəsmi şəxsləri heç bir halda Ermənistanın daxili işlərinə qarışmağı özünə rəva görməməlidir.
Masyuk: Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik
Lavrovun ardınca, Rusiya XİN-in MDB ölkələri üzrə IV departamentinin rəis müavini Dmitri Masyuk daha sərt fikirlər səsləndirib. O, Ermənistanı tez-tez öz milli maraqlarına ziyan vurmaqda, Qərbə istiqamətlənməkdə günahlandırıb. Diplomatın sözlərinə görə, bu, xüsusilə, KTMT ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir: “Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, Cənubi Qafqaz respublikasında bu dəyişikliklərə güclü müqavimət göstərilmir və ermənilər tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənməyə davam edirlər. Konkret nümunə - İrəvanın KTMT ilə əməkdaşlıqdan uzaqlaşmasıdır”.
Beləliklə, Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı sərt açıqlamalar verməyə sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

