Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 18-ci paket...

18-ci paket...

19.06.2025 [09:51]

Moskvaya qarşı sanksiyalar genişlənəcəkmi?

Ötən ayın sonlarında anonsu verilən Rusiyaya qarşı 18-ci sanksiya paketi hazırlanmaq üzrədir. Paket gələn həftə qəbul oluna bilər. Bununla bağlı Almaniya kansleri Fridrix Mertz ötən həftə bildirmişdi - o demişdi ki, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi yaxın günlərdə qəbul edilə bilər. “Biz Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Avropa Komissiyasına 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etdiyinə görə minnətdaram. Və hər şey plana uyğun getsə, paket gələn həftə (bu həftə - red) qəbul olunacaq”, - deyə Mertz Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında bildirib. O, Vaşinqtonda da mümkün tədbirlərə hazırlıq getdiyini önə çəkib - Mertzin sözlərinə görə, Rusiya Atlantik okeanın hər iki tərəfində təhlükəsizlik təhdidləri yaradır.

Yeni sanksiyalar gəlir...

Qeyd edək ki, bu ilin mayın 20-də Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləmişdi. Aİ rəsmisi Kaya Kallas bu paketə “kölgə donanması”ndan olan 189 gəminin daxil edildiyini bildirmişdi. Vurğulanmışdı ki, paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, yeni sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyirdi - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunurdu. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilmişdi. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil olunmuşdu. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə edilmişdi - Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyalara məruz qalmışdı.

18-ci sanksiya paketi ilə bağlı bir müddət əvvəl açıqlama verən Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması cəhdlərini özündə əks etdirə bilər. Bundan əlavə, Fon der Lyayen və Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini müəyyən qədər azaltmağa çalışmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağı planlaşdırdıqlarını bildiriblər. Gözlənilənlərin əksinə olaraq, 18-ci sanksiya paketinin layihəsində Rusiyanın nüvə sənayesi və nüvə ixracına qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb.

Aİ ümid edir...

Sanksiyalar paketinin təsdiqlənməsi üçün prosedur qaydaları davam etməlidir - belə ki, Aİ-nin bu təşəbbüsü əvvəlcə səfirlər, sonra isə Aİ dövlətlərinin xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir. Avropa Komissiyası buna iyunun sonunda Aİ və NATO sammitləri zamanı nail olacağına ümid edir. Fon der Lyayen, həmçinin bildirib ki, AK öz sanksiyalarını ABŞ-ın mümkün yeni anti-Rusiya sanksiyaları ilə əlaqələndirməyə çalışır. O, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları haqqında son qanun layihəsinin müəllifi olan amerikalı senator Lindsi Qremlə (Cənubi Karolinadan olan respublikaçı, Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib) bu mövzuda intensiv əlaqə saxladığını bildirib.

Rusiya cavab tədbirləri hazırlayır...

Rusiya tərəfi də sanksiya paketinə qarşı əlavə tədbirlər görməyə hazırlaşır. Belə ki, Rusiya XİN 18-ci sanksiyalar paketinə cavabını açıqlayıb. Nazir müavini Aleksandr Qruşko deyib ki, Aİ-nin 18-ci sanksiyalar paketində hansı məhdudiyyətlərin tətbiq olunacağını görmək lazım olacaq. Onun sözlərinə görə, Avropa dövlətləri öz hərəkətləri ilə “çox tez-tez özlərinin ayağına, bəzən hətta daha yüksəklərə atəş açır”. Nazir müavini əlavə edib ki, Rusiya müdafiə cavab tədbirləri ilə yanaşı, əks tədbirlər də görəcək. “Onların hansı sanksiyalarla çıxış etdiklərini görməliyik. Əvvəllər olduğu kimi bu sanksiyalara da cavab verəcəyik”, -deyən Qruşko Aİ-nin anti-Rusiya sanksiyalarından itkilərinin yalnız artdığını izah edib. “Onlar uduzur, hər şeyə görə artıq pul ödəyir və mənfəət itirirlər. Bu, Aİ iqtisadiyyatına ciddi təsir edir. “Eurostat”ın dərc etdiyi rəqəmlər isə tənəzzülün davam etdiyini göstərir. Bəzi ölkələrdə yavaşlama var, bəzilərində iqtisadiyyat qırmızıya doğru gedir”, - Qruşko qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Slovakiyanın baş naziri də Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketini bloklayacağını bildirmişdi.

17 sanksiya, 1651 şəxs...

Qeyd edək ki, indiyə qədər fərqli sektorları əhatə edən 17 sanksiya paketi qəbul edilib. 2022-ci ildən bəri qəbul olunan ardıcıl sanksiya paketləri Rusiyanın enerji, maliyyə, texnologiya, nəqliyyat və hərbi sənaye sahələrini əhatə edərək ölkənin beynəlxalq iqtisadi sistemdən təcrid olunmasına yönəlib.  2022-ci ildə Aİ tərəfindən Rusiyaya qarşı 8 sanksiya paketi qəbul edilib, 2023-cü ildə daha bir neçə sanksiya paketi bu siyahıya əlavə olunub. 13-cü sanksiya paketi 2024-cü ilin 23 fevralında, 14-cü paket isə həmin ilin 24 iyununda təsdiqlənib. 2024-cü ilin son sanksiya toplusu - 15-ci paket isə 16 dekabrda qüvvəyə mindi. Bu il başlanandan indiyə qədər 2 sanksiya paketi qəbul edilib. Bunlardan birincisi fevralın 24-də qəbul edilmiş 16-cı paketdir. Digəri və həlilik son 17-ci sanksiya paketi isə ötən ayın 20-də qəbul olunub.

Vurğulandığı kimi, Avropa İttifaqının sanksiyaları əsasən enerji sektorunu (beşinci sanksiyalar paketində Rusiya kömürünün idxalına embarqo qoyulub), maliyyə sektorunu (Rusiya banklarının SWIFT sistemindən çıxarılması və digər maliyyə məhdudiyyətləri tətbiq olunub), sənaye və texnologiyanı (Rusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarına girişinə qadağa qoyulub) əhatə edir. Fərdi sanksiyalara gəldikdə isə bu, Rusiya rəsmiləri, iş adamları və digər şəxslərə qarşı tətbiq edilib.  Məsələn, 57 rusiyalı və Rusiyadan olan strukturlar sanksiya siyahısına daxil olunub. 1651 rusiyalı şəxs sanksiyalar altındadır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30