Tətildən sonra iş rejiminə niyə adaptasiya ola bilmirik?
02.04.2024 [12:33]
Havar Şəfiyeva
Bir neçə günlük tətillər zamanı işə yenidən adaptasiya olmaq bir çox insanlara çətin gəlir. Mütəxəssislər bunun səbəbini bəzən gündəlik öyrəşdiyi həyat rejimi ilə, bəzən isə psixoloji amillərlə əlaqələndirirlər.
Mütəxəssislər aparılan araşdırmalara istinadən bildirirlər ki, bir həftədən çox olan tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. İki həftəlik tətil üçün həmin proses 4 gün çəkir. Mütəxəssislərin fikrincə, hər 10 nəfərdən 6-sı tətildən sonra işə çıxmaqda çətinlik çəkir. Hər 10 nəfərdən 4-ü isə işdən evə qayıdan zaman çox narahat olur. Tətil və ya məzuniyyətdən sonrakı həmin gərginliyi hamıya aid etmək olmaz. Psixoloji gərginlik bir keçid dövründən digər keçid dövrüdür və fərdi xarakter daşıyır. Bəzən insanlar ilboyu dincələ bilirlər. Bəziləri üçün üç ay yayda dincəlmək yenidən iş həyatına qayıtmağa mane olmur.
Mütəxəssislərin dediyinə görə, işə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmaq düzgün deyil. İşə yeni başlanılan həftələr ərzində daha az iş yükü ilə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə olunan enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər.
Bir neçə günlük tətillər zamanı və yaxud gündəlik iş saatında arada dincəlmək mümkün olduğu halda işə adaptasiya daha asanlıqla baş verə bilər. Məsələn, yuxudan əvvəl idman edəndə, yaxud oxu saatı, dostlarla keçirilən vaxt olursa və bunlar gündəlik istirahətə aid olursa, onda tükənmişlik sindromu yaşanmır. Belə olanda tətildən sonra işə qayıtdıqda adaptasiya asanlıqla baş verir, ilkin iş planlarını əvvəlcədən qurmaq olur və heç bir psixoloji təsir göstərmir.
Psixoloq Aytən Ələkbərova "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, kiçik yaşlı uşaqların belə baxçaya adaptasiyası bir neçə gün vaxt aparır: "Bu, rejim pozulmasından əlavə həm də psixoloji xüsusiyyətlərə görə baş verir. Tətil günlərində insanlar gündəlik planlarına uyğun olaraq daha çox istirahət edirlər. Bayram günlərindən sonra iş rejimi başlayanda çətinliklə üzləşməsinlər deyə daha çox diqqətli olmalıdırlar".
Təbii ki, tətil və ya məzuniyyətdən sonra yaranan gərginliyi hamıya aid etmək olmaz. Psixoloji gərginlik bir keçid dövründən digər keçid dövrüdür və fərdi xarakter daşıyır.
Psixoloq bildirir ki, hazırda yaz mövsümi olduğuna görə bəzən fəsil dəyişkənliyi də insanların emosiyalarında gərginlik yaradır: "Qeyd edim ki, bu günlərdə özümüzün də iş rejimimiz gərgin olur. Hər bir şey insanın düşüncəsindən asılıdır. İnsan öz iş rejiminə uyğunlaşıbsa baş verən müvəqqəti hallardan da çıxış yolunu tapır. Lakin hər kəs öz psixi xüsusiyyətlərinə uyğun olaraq addımlamalıdır".
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

