Ağdamda keçirilən əmək yarmarkasında 20 müəssisədən 160-dan çox vakansiya təqdim edilib
19.06.2026 [21:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkanın açılışı zamanı agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı çıxış edərək, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, həmin tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə xüsusi əhəmiyyət verilir. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 39 əmək yarmarkası təşkil edilib.
Ağdam şəhərində keçirilən əmək yarmarkasında 20 müəssisə tərəfindən əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və digər peşələr üzrə 160-dan çox vakansiya təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, vakansiyalar barədə ətraflı məlumat almaq və müraciətlərini yerində təqdim etmək imkanı əldə ediblər.
Bununla yanaşı, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən vətəndaşlara aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları, özünüməşğulluq tədbirləri və digər məşğulluq layihələri barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

