Zəlzələ nəticəsində Yaponiya şərqə doğru sürüşüb
20.06.2026 [21:25]
Amerikalı və fransız seysmoloqların qənaətinə görə, 2011-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Yaponiya ərazisi bütövlükdə 5–6 millimetr şərqə doğru sürüşüb. “Science” elmi jurnalında dərc olunmuş tədqiqatda bildirilir ki, zəlzələnin yaratdığı dalğalar Yer nüvəsinə qədər çatıb, oradan əks olunaraq geri qayıdıb və ölkənin altında yerləşən litosfer plitələrinin yerini dəyişməsinə səbəb olub.
“Biz müəyyən etdik ki, 2011-ci ilin martında Honsyu adası sahillərində baş vermiş çox güclü zəlzələdən sonra faktiki olaraq bütün Yaponiya qeyri-adi şəkildə yerini dəyişib”, - deyə məqalədə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Çikaqo Universitetinin dosenti Pak Sonyenin rəhbərlik etdiyi alimlər qrupu bu hadisəni zəlzələ zamanı Yaponiya ərazisində fəaliyyət göstərən minlərlə seysmik stansiyanın və çoxsaylı yüksək dəqiqlikli GPS sensorlarının topladığı məlumatları araşdırarkən aşkar edib. Daha əvvəl seysmoloqlar təkanların belə nəticələri ilə qarşılaşmamışdılar.
Bir neçə tektonik plitənin eyni vaxtda hərəkətə gəlməsi əsas təkanın baş verməsindən təxminən 13 dəqiqə sonra qeydə alınıb. Həmin vaxt seysmik stansiyalar qərbdən şərqə doğru hərəkət edən qeyri-adi sürüşmə dalğasını müşahidə ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, bu tərəddüdlər zəlzələnin ilk təkanının yaratdığı seysmik dalğaların bir neçə dəqiqə ərzində Yer nüvəsinə çataraq oradan əks olunması və yenidən səthə qayıtması nəticəsində yaranıb. Nəticədə Sakit okean, Oxot, Avrasiya və digər litosfer plitələri arasındakı sərhədlər aktivləşib və bu da plitələrin qəfil yer dəyişməsinə səbəb olub.
Alimlər vurğulayıblar ki, “superzəlzələlərin” belə bir mexanizmlə başlaya bilmə ssenarisi indiyədək seysmik təhlükə proqnozları hazırlanarkən nəzərə alınmayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

