Sazım
20.06.2026 [08:50]
Elektronik qoşmadan birdəfəlik məhrum edilməsə, işimiz çətin olacaq...
Bəzi müstəsna musiqi alətləri var ki, heç bir halda, heç bir komplektləşdirmədə elektronik qoşma yolu ilə səsləndirilə bilməz. Hətta tar-kamança, qarmon, qara zurna belə elektronik qoşmada nisbətən “özünü doğruldur”. Lakin saz, o “qara” saz, cərəyana qoşulan kimi, dönüb olur başqa bir alət - sanki onu “toka taxıb” dınqıldadan pırpız saçlı əcaib adama etiraz edir...
Son vaxtlar sazı ansamblın baş tərəfinə keçirib aparıcı alət edən “musiqiçilər” də tapılıb. Saz toy biznesində sürətlə irəliləyir. Axı saz özü ayrıca bir orkestrdir. Bu mükəmməl musiqi aləti minorda da, majorda da öz təkrarolunmaz “konsertini çıxara” bilir. Onu bu təhər, elektronik səsləndirmə yollarına sürükləməyin mənası nədir? Sazı başqa alətlərlə birləşdirmək, yeni harmoniya yaratmaq cəhdləri də ciddi elmi biliklərə əsaslanmalı və əsaslandırılmalıdır.
Aşxanalarda, qapalı içki məclislərində buxara papaqlı, gümüş dişli “aşıx”larla çox dəm tutduq - yetməzmi? Saz dolandırır? Bəs mədəniyyətimizə vurulan zərbə: bu “dolandırma”nı kimin adına yazaq? Hətta sovet dövründə, xalq çalğı alətləri orkestrində klassik ana (tavar) sazdan deyil, qoltuq, cürə sazından, əsasən solo alət kimi istifadə edilirdi. İndi kütləvi şəkildə “görünmə”yə başlayan də məhz qoltuq sazlarıdır...
Bəlkə sazı təhdidlərdən qorumağın vaxtı çatıb? Bəlkə sazı küçələrdən yığışdırmağın vaxtı lap çoxdan çatıb? Onu toxunulmaz, müstəsna, milli-mənəvi dəyər kimi qorumalı və bəsləməli deyilyik? O bizi ana laylasıtək bəsləyib böyütdüyü kimi...
“Mədəniyyət-2040” konsepsiyasında bu məsələ ayrıca müzakirə edilməlidir. Hətta qanunvericilik səviyyəsində - mədəni irsin qoruması naminə tətbiq edilən normativlər də müəyyənləşdirilə bilər. Əslində son illər sazı populyarlaşdırmağa çalışan insanların böyük bir qismi də onu cidd-cəhdlə hörmətdən saldılar. Sazımıza dair akademik səviyyədə elmi araşdırmaların aparılması, xüsusi fakultənin yaradılması çox yaxşıdır. Amma sazın müstəsna irs kimi istifadə qaydaları da milli-mənəvi standartlar çəriçivəsində qorunub saxlanmalıdır.
Bildiyimiz kimi, 2009-cu ildən aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu mühüm hadisədir. Lakin söhbət aşıq sənətindən yox, onun mühüm komponenti olan saz musiqi alətindən gedir. İndi elə bir yerə və dövrə gəlib çıxdıq ki, məhz “aşıx” dediklərimiz - aşxana və toyxana “həvariləri”, elektron alətlərlə toy musiqisini, akustikanı inanılmaz istismara məhkum ediblər. Saz bu mərhələdə tamamilə yad bir musiqi alətinə çevrilməkdədir. Onun mədəniyyətimizdəki yerini qorumalı deyilik? Əlbəttə, bu barədə düşünməyə vaxtımız, hövsələmiz var, amma...
Gərək elə olsun ki, sonradan “sazım, dınqıl-dınqıl” deyib, qovrulmayaq...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxElm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44

