Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
20.06.2026 [07:22]
Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan ipəkçiliyin müasir texnologiyalar əsasında bərpası, xüsusilə işğaldan azad edilmiş ərazilərin aqrar potensialından səmərəli istifadə olunması və yeni tut (çəkil) bağlarının salınması xüsusi önəm daşıyır. Bu strateji xəttin tərkib hissəsi olaraq, azad edilmiş bölgələrdə baramaçılığın dirçəldilməsi istiqamətində artıq ilk praktiki nəticələr əldə olunmağa başlayıb. Belə ki, iyunun 19-da Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, son iki ildə Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağı salınıb. Əkin işləri zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdovun sözlərinə görə, əldə edilən nəticələr baramaçılığın yenidən bərpasına imkan yaradıb. Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib və onların yetişdirilməsi uğurla başa çatdırılıb. İlkin mərhələdə 700 kiloqram barama məhsulu toplanaraq “Azəripək” MMC-yə təhvil verilib.
İ.Cümşüdov bildirib ki, Xocalıda həyata keçirilən kənd təsərrüfatı layihələri təkcə istehsalın artırılmasına deyil, həm də “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına xidmət edir.
Daşbulaq kəndində salınmış super intensiv tut bağlarında və baramaçılıq təsərrüfatında yerli sakinlər üçün yeni iş yerləri yaradılıb. Xocalıya köç edən ailələrin üzvləri müxtəlif kənd təsərrüfatı sahələrində daimi və mövsümi işlərlə təmin olunurlar. Bu layihələr həm əhalinin sosial rifahının yüksəldilməsinə, həm də rayonun iqtisadi həyatının canlandırılmasına mühüm töhfə verir.
Gələcəkdə baramaçılıq təsərrüfatının genişləndirilməsi ilə daha çox sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baramaçılığın bərpası regionun iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02

