Astarada dəhşətli yol qəzası olub, ölənlər var YENİLƏNİB
01.04.2024 [22:10]
Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201-ci kilometrliyində, Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iritonnajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək iritonnajlı avtomobilin altına girib. Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Elman qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Astara rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi, nazirliyin Cənub regional mərkəzinin xilasetmə qurumunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
xxx
Astara rayonunda dəhşətli yol qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "BMW" markalı minik avtomobili iri tonnajlı "DAF" markalı yük avtomobilinın altına girib. "BMW" markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

