Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb

27.03.2024 [13:50]

İndoneziyanın Qərbi Yava əyalətində iki kəndi əhatə edən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub.

Sinxua agentliyi xəbər verir ki, əyalətin axtarış-xilasetmə idarəsindən verilən məlumata görə, ölənlərdən biri uşaqdır. Eyni zamanda, təbii fəlakət nəticəsində beş nəfərin itkin düşdüyü, 30-a yaxın evin və iki ibadət binasının dağıldığı bildirilir.

Xilasedicilər itkin düşənlərin axtarışını davam etdirirlər.

Qeyd edək ki, İndoneziya son aylarda bir sıra torpaq sürüşməsi və şiddətli daşqınlarla üzləşib.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30