Oniomaniya...
20.03.2024 [11:40]
Novruzu ondan uzaq necə qeyd edək..?
Şahanə MÜŞFİQ
Xalqımızın qədim bayramlarından olan Novruz hələ gəlişinə bir ay qalmışdan ona hazırlıqlar, alış-verişlər başlayır. Hər kəs bu əziz bayramı ən yaxşı, ən layiqli şəkildə keçirməyə çalışır. Əlbəttə, bunun üçün də çox şeylər alınır, şirniyyatlar, yeməklər bişirilir.
Ancaq təəssüf ki, insan övladı hər şeydə olduğu kimi bunda da bəzən ifrata vara bilir, lazımından çox alış-veriş edib, bayram təamlarının hazırlanmasında israfçılıq edir.
Mütəxəssislər deyir ki, bu, bir psixoloji problemdir. Adı da oniomaniya. Başqa adla şopomaniya adlanan bu sindrom alış-verişə qarşı hədsiz meyli ifadə edir. Yəni bu cür insanlar lazımsız şeylərə çoxlu pul xərcləyir, ehtiyac oldu-olmadı alış-veriş edirlər.
Şopaqolik sözü “Şopaqolik” filmindən sonra daha da populyarlaşıb. Filmin baş qəhrəmanı bir dərgidə maliyyə mövzusunda yazan jurnalistdir. Özü şopaqolizmdən əziyyət çəkən və daim lazımsız şeylərə çoxlu pul xərcləyən xanım oxucularına qənaət etməyin yollarından yazır.
Novruz bazarlıqlarına nəzər saldığımızda görürük ki, bizim də ətrafımızda bu sindromdan əziyyət çəkənlər heç də az deyil. Bununla bağlı suallarımızı cavablandıran psixologiya üzrə fəlsəfə doktoru, ölkəmizin ilk praktik psixoloqlarından Elmira Mirzəyeva deyir ki, oniomaniya psixoloji sindrom kimi ilk dəfə Almaniyada tanınıb, XX əsrdə isə artıq ABŞ da bunu qəbul etməyə başlayıb:
“Alış-veriş və ya bayram bazarlığı müasir insanların həyatının ayrılmaz bir hissəsidir. Demək olar ki, biz hər gün öz ehtiyaclarımızı və arzularımızı ödəmək üçün alış-veriş edirik. Əlbəttə, bu, normaldır. Amma bəzən məntiqi və rasional sərhədləri aşan alış-verişə patoloji can atma həqiqi asılılığa çevrilir. Bu hal tibdə və psixologiyada oniomaniya (şopaqolizm) adlandırılır.
Oniomaniya tibdə ilk dəfə XIX əsrdə alman psixiatrı Emil Krepelin və İsveçrə psixiatrı Eygen Bleyler tərəfindən öyrənilib və bu psixoloji proseslərin əlamətləri qeyd edilib.
2008-ci ildə aparılan tədqiqata əsasən məlum olub ki, Almaniyada bu asılılıqdan 800 mindən çox insan əziyyət çəkir. Amerika psixiatrları isə bunu bir psixoloji problem kimi son dövrlərdə qəbul etməyə başlayıblar”.
E.Mirzəyeva deyir ki, xalqımızın sevimli bayramı olan Novruza hazırlıq prosesində də biz insanlar bəzən oniomaniyaya məruz qalırıq: “Etiraf edək ki, Novruzun simvollarından olan səməni və ya digər ərzaqların alınmasında bəzən ifrata yol veririk. Belə ki, bu gün hər yanda satılan səməniləri görürük. Ancaq iki gün sonra həmin səmənilərin tullandığının da şahidi oluruq. Səməni xeyir-bərəkət, ruzi rəmzidir. Yaxşı olardı ki, səməni küçələrdə satılmaq əvəzinə, hər bir evdə evin ağbirçəyi və ya xanımı tərəfindən sevərək, əzizlənərək cücərdilsin və bayram süfrələrimizi bəzəsin. Eynən də bayram şirniyyatlarının bişirilməsində, ərzaqların alınmasında israfa yol verilir. Bayramdan bir neçə gün sonra hətta artıq yeməklərin belə atılması halları müşahidə olunur. Yaxşı olar ki, biz bu hazırlıqlar zamanı, həmçinin bayramdan sonra onları atarkən dünyada milyonlarla insanın aclıqdan əziyyət çəkdiyini unutmayaq və israfçılığa yol verməyək”.
Psixoloq deyir ki, alış-verişə olan güclü həvəsin kökləri mürəkkəb uşaqlıq dövrünə və travmalarına gedib çıxır. Yəni bunun yaranmasının dərin psixoloji səbəbləri var:
1. Valideynlərin pul qazanmağa, həyat qayğılarına başı o qədər qarışır ki, uşaqla arasında ünsiyyət çatışmazlığı yaranır və bunu bir növ əvəz etmək üçün uşağa müxtəlif hədiyyələr alır.
2. Uşaqlığı imkansız ailələrdə keçən insanlar böyüyəndə o zaman həsrət qaldıqlarını bu cür həyata keçirərək özləri də bilmədən uşaqlıq travmalarını sağaltmağa çalışırlar.
3. Kompleksli insanlar yeni paltarlar, son model əşyalarla öz çatışmazlıqlarını pərdələyirlər.
4. Sevgi və evlilik münasibətlərində yeni əşyaların alınması ilə müsbət emosiyaların yaranması.
5. Stressə cavab reaksiyası kimi oniomaniya ilə məşğul olunur. Bu zaman alış-veriş stressin səviyyəsini azaldır, amma müəyyən dövrdən sonra o, yenidən yaranır.
6. Günahkarlıq hissini boğmaq məqsədi ilə.
Həmçinin, tənha, özgüvənsiz, şəxsiyyət daxili konflikti olan insanlar oni?maniyaya daha çox meyilli olurlar.
Oniomaniyanın profilaktikası: alış-verişdən öncə ehtiyacların dəqiq siyahısı tutulmalıdır, nağd puldan istifadə etmək lazımdır, kartla alış-veriş etmək insanları dayandırmır, o, çox pul xərclədiyinin fərqinə varmır. Eləcə də, reklamlara uymamalı, endirimləri izləməməli, nəyisə almaq istədikdə onu düşünərək, hesablayaraq etməliyik.
Bir daha qeyd edim ki, oniomaniya psixoloji problemdir və bu problemlə müvafiq mütəxəssislər məşğul olmalıdırlar”.
Bəli, bayram keçirmək, şənlənmək, özəl günləri qeyd etmək gözəldir, lazımdır, insanın əhval-ruhiyyəsinə müsbət təsir edən amillərdir. Həyatda sevinəcək, şənlənəcək, ruhumuzu oxşayacaq bu cür gözəlliklər varkən, özümüzə oniomaniya kimi cibimizə və psixikamıza mənfi təsir edəcək saxta xoşbəxtliklər yaratmaq nəyə lazımdır?!
Hər birimizə oniomaniyaya məruz qalmadan gözəl bayram keçirməyi arzulayırıq!
Xəbər lenti
Hamısına baxİdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21

