Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Faktiki hava: Bəzi rayonlara leysan yağır

Faktiki hava: Bəzi rayonlara leysan yağır

10.08.2026 [12:08]

Milli Hidrometeorologiya Xidmətinin avqustun 10-u saat 11:00-a olan məlumatına əsasən, avqustun 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 millimetrdir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 metr/saniyəyə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31