Böyük Britaniya parlamentində...
07.03.2024 [10:43]
Ermənistanın mina terroru ilə bağlı müzakirələr aparılıb
Nardar BAYRAMLI
Azərbaycan dünyada mina ilə çirkləndirilən ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərinin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlətimizin başçısı, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.
Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Eyni zamanda, dövlətimiz Ermənistanın mina terroru ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.
Yeri gəlmişkən, bugünlərdə Böyük Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib. Britaniya parlamentində fəaliyyət göstərən partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupu və mina qurbanlarına uzunmüddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda mina fəaliyyəti və mina qurbanlarına yardım” mövzusuna həsr olunub. Tədbirdə Böyük Britaniya parlamentinin, Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların üzvləri və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı dönəmdə Ermənistanın Azərbaycan ərazilərində minlərlə mina basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib amillərdən biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib. Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib. Ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən “Mine Advisory Group” ilə tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edən səfir bu məqamı ölkə gündəmi üçün bütün vacib məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.
Parlamentdə fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupunun sədri, İcmalar Palatasının deputatı Matthew Offord qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazım? səviyyədə olmaması təəssüf doğurur. O, sədrlik etdiyi qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından vacib olduğunu bildirib. M.Offord qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.
Daha sonra ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Mina çirklənməsi və onun dayanıqlı inkişafa təsirləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və partlayışların baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib.
Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb. O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu deyib.
Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan APOPO adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadəsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan danışıb, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.
Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellway parlament qrupunun sədri Matthew Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib. O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpasında ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb. Bu məsələni ötən ilin dekabrında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellway bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.
Ümumiyyətlə, Azərbaycan ötən dövr ərzində mina problem ilə bağlı çoxsaylı tədbirlər keçirib. Müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və Ermənistanın mina terror pislənilməli, bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

