Yay süfrəsinin görünməz təhlükələri...
13.08.2026 [09:25]
İsti havalarda nə yeyək, nə içək?
Həkimlərdən vacib tövsiyələr
Yay aylarında təkcə geyimlərimiz deyil, süfrəmiz də dəyişir. Günəşin qızmar şüaları altında orqanizm əvvəlki kimi ağır və yağlı qidaları qəbul etmək istəmir. İştahanın azalması, daha çox su içmək ehtiyacı və sərin qidalara üstünlük vermək bu dövrdə olduqca təbiidir.
Ancaq isti havalarda nə yeyəcəyimiz qədər, qidaların necə və nə vaxt qəbul edilməsi də vacibdir. Çünki yüksək temperatur qidaların daha tez xarab olmasına şərait yaradır. Xüsusilə, açıq havada satılan və düzgün saxlanılmayan məhsullar bağırsaq infeksiyalarına səbəb ola bilər. Yay aylarında süfrəmizdə hansı qidalar üstünlük təşkil etməlidir? Gün ərzində necə qidalanmaq daha doğrudur?
Ağır yeməklərdən uzaq durun
Sualımızı cavablandıran dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, isti havalarda ilk növbədə su qəbuluna diqqət etmək lazımdır. Onun sözlərinə görə, gün ərzində kifayət qədər su içmək orqanizmin normal fəaliyyətinə kömək edir: “Susamağı gözləmədən mütəmadi olaraq su qəbul etmək daha məqsədəuyğundur. Qidalanmada tərəvəz və meyvələrin payını artırmaq faydalıdır. Qarpız, yemiş, xiyar, pomidor və müxtəlif göyərtilər yay süfrəsi üçün yaxşı seçimdir. Bu məhsullar həm su, həm də vitamin və mineral baxımından zəngindir.
Yayda çox yağlı və ağır yeməklərdən mümkün qədər uzaq durmaq məsləhətdir. Qızartmalar əvəzinə sobada bişmiş, qaynadılmış və ya buğda hazırlanmış yeməklərə üstünlük vermək olar. Belə qidalar həzm sistemi üçün də daha rahatdır”.
Şirin qazlı içkilər susuzluğu yatırır?
Sərinləşdirici içkilərə gəlincə, dietoloq qeyd edib ki, şirin qazlı içkilər susuzluğu tam aradan qaldırmaya bilər: “Üstəlik, onların tərkibində yüksək miqdarda şəkər ola bilər. Təbii və şəkərsiz içkilər daha yaxşı seçimdir.
Yay aylarında qidaların saxlanma şəraitinə də xüsusi diqqət edilməlidir. İsti temperaturda bəzi məhsullar daha tez xarab olur. Xüsusilə, süd məhsulları, ət və mayonezli salatların düzgün saxlanması vacibdir.
Yay aylarında qidalanma üçün əsas prinsip sadədir: isti havada az və ağır yemək əvəzinə, yüngül, balanslı və su ilə zəngin qidalanmaq lazımdır. Bu yanaşma həm gün ərzində enerjinin qorunmasına, həm də orqanizmin istiliyə daha rahat uyğunlaşmasına kömək edir”.
Bu qidalar həzm sisteminə yük yaradır
Qastroenteroloq Surxay Məmmədov bildirib ki, isti havalarda çox yağlı, qızardılmış və ağır yeməklərin miqdarını azaltmaq lazımdır. Belə qidalar həzm sisteminə əlavə yük yarada bilər: “Tərəvəz və meyvələr yay menyusunun əsas hissələrindən biri ola bilər. Xiyar, pomidor, göyərti, qarpız və digər su ilə zəngin məhsullar orqanizmin maye ehtiyacının qarşılanmasına kömək edir. Lakin meyvələri də həddindən artıq qəbul etmək düzgün deyil”.
Nizamlı qidalanmaq daha məqsədəuyğundur
Qastroenteroloqun sözlərinə görə, yayda süd və süd məhsullarının saxlanmasına da diqqət etmək lazımdır: “Məhsullar soyuducuda uyğun temperaturda qorunmalıdır. Açıqda uzun müddət qalan süd məhsullarından istifadə etmək risklidir. Ət, balıq, yumurta və digər tez xarab olan məhsullar da düzgün saxlanmalıdır. Bişmiş yeməkləri otaq temperaturunda uzun müddət saxlamaq olmaz. Xüsusilə, isti havalarda bu qayda daha ciddi şəkildə gözlənilməlidir.
Bir məsələni də unutmaq olmaz. İsti havalarda həddindən artıq yemək həzm sistemini yükləyə bilər. Buna görə gün ərzində daha kiçik porsiyalarla və nizamlı qidalanmaq daha məqsədəuyğundur”.
İsti havalarda uşaqların da gündəlik rejimində bir çox dəyişiklik baş verir. Uzun günlər, yüksək temperatur və açıq havada keçirilən saatlar artır.
Bəs isti havalarda uşaqların qidalanmasında hansı məhsullar üstünlük təşkil etməlidir?
Maye qəbuluna diqqət etmək vacibdir
Pediatr Ramilə Məmmədovanın sözlərinə görə, isti havalarda böyüklər kimi uşaqların da qidalanması daha yüngül və balanslı olmalıdır: “İlk növbədə maye qəbuluna diqqət etmək lazımdır. Uşağın kifayət qədər su içməsi vacibdir. Xüsusilə, açıq havada oynayan və çox tərləyən uşaqlarda maye ehtiyacı arta bilər.
Yay menyusunda tərəvəz və meyvələrə geniş yer verilməlidir. Lakin meyvələrin həddindən artıq qəbuluna da yol vermək olmaz”.
Qazlı və şəkərli içkilər suyu əvəz etmir...
Pediatr qeyd edib ki, çox yağlı və ağır yeməklər uşaqlarda narahatlıq yarada bilər: “Fast-food məhsulları, həddindən artıq şirin qidalar və qazlı içkilər də məhdudlaşdırılmalıdır. Xüsusilə, qazlı və şəkərli içkilər suyu əvəz etmir.
İsti günlərdə uşağı məcburən çox yeməyə vadar etmək düzgün deyil. İştahanın müəyyən qədər azalması mümkündür. Bu zaman kiçik porsiyalarla, daha tez-tez qidalanma seçilə bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

