Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Səhnəyə həsr olunmuş ömür

Səhnəyə həsr olunmuş ömür

13.08.2026 [14:45]

Bu gün görkəmli teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətovun anadan olmasının 79-cu ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır.

O, 1947-ci ildə görkəmli rejissor Zəfər Nemətovun ailəsində Bakıda dünyaya göz açıb.

Azər Paşa Nemətov Akademik Milli Dram Teatrının səhnəsində Rüstəm İbrahimbəyovun “Biganələr oteli” (1984), Arif Süleymanovun “Tufandan əvvəl” (1987), Elçinin “Ah, Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998),“Mənim ərim dəlidir. Diaqnoz D” (1999), Uilyam Şekspirin “Hamlet” (2002), İlyas Əfəndiyevin “Boy çiçəyi” (2011), Əli Əmirlinin “Şah Qacar” (2013), Cəlil Məmmədquluzadənin “Ölülər” (2016), Cəfər Cabbarlının “Almaz” (2017), E.Əfəndiyevin “Cəhənnəm sakinləri” (2017) tamaşalarına quruluş verib.

O, həmçinin 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar”, 2013-cü ildə isə “Səni axtarırıq…” adlı filmlərin rejissoru olub. Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib. Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülüb.

Azər Paşa Nemətov 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını alıb, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

O, 2023-cü il aprelin 9-da 76 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30