Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

13.08.2026 [21:10]

Ukrayna Müdafiə Qüvvələri avqustun 13-nə keçən gecə Başqırdıstanın Salavat şəhərindəki “Qazpromneftekhim Salavat” neft emalı kompleksinə zərbə endirib.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Telegram” kanalına və Pilotsuz Sistemlər Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir.

Neft emalı zavoduna Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə yanaşı, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci əlahiddə mərkəzinin operatorları da zərbə endiriblər. Obyektdə yanğın baş verib.

Həmin obyektin Ukrayna dövlət sərhədinə qədər məsafəsi təxminən 1300 kilometrdir.

“Qazpromneftekhim Salavat” Rusiya Federasiyasının ən böyük neft emalı və neft-kimya komplekslərindən biridir.

Onun karbohidrogen emalı gücü ildə 10 milyon tona çatır. Zavod avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen və digər neft məhsulları, habelə polimerlər istehsal edir. Müəssisə Rusiya ordusunun təchizatı ilə məşğuldur.

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30