Yerli Fəaliyyət Koordinasiya Təşkilatı korsikalılara dəstək kommünikesi yayıb
01.03.2024 [15:35]
Yerli Fəaliyyət Koordinasiya Təşkilatı (CCAT) “Nazione” Partiyasına, Azad Korsika hərəkatına, Korsika Milli Azadlıq Cəbhəsinə (FLNC), bütün korsikalı qardaş və bacılarına böyük dəstək vermək istəyir. Hər şeydən əvvəl, Santa Maria di Lottadakı hadisəyə görə yanvarın 30-da polis tərəfindən saxlanılaraq həbs edilmiş Anto Simoni və Nikolas Pinzuti korsikalı fəallara böyük dəsətəklərini ifadə edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) korsikalılara dəstək kommünikesində yer alıb.
Kommünikedə, həmçinin bildirilir ki, Korsika xalqının mübarizəsi nəcib fəaliyyətdir. Öz müqəddəratını təyin etmək hüququ ilə bağlı Korsika adasında mövcud vəziyyət, pozulmuş vədlər nəzərə alınmaqla gənclərin qəzəbinin ifadə olunması başadüşüləndir.
1988-ci ildə Matinyon sazişlərinin imzalanması, 1998-ci ildə isə Numea müqaviləsi ilə Yeni Kaledoniya üçün öz müqəddəratını təyinetmə prosesi başladı. Korsikalı qardaşlar referendum kampaniyası dövründə bizi dəstəkləmək üçün Kanaky-Yeni Kaledoniyaya getmişdilər.
2018-ci və 2020-ci illərdə - referendumun ilk illərində müstəqillik tərəfdarlarının səsləri müvafiq olaraq 43 faizdən 47 faizədək yüksəlmişdi. Bu, 2022-ci ildə “Hə”nin qələbəsi ilə nəticələnə biləcək əhəmiyyətli irəliləyiş idi. Ancaq indi Fransa dövləti adada elə bir demoqrafik vəziyyət yaradıb ki, “Yox” nəyin bahasına olursa-olsun qalib gəlməlidir. 2021-ci il dekabrın 12-də COVID səbəbindən həyatını itirmiş əzizlərimizin yasını qurtarmamış Fransa hökuməti üçüncü referendumu təşkil etdi. Bu, Fransa dövləti tərəfindən Kanaky-nin adət-ənənə orqanlarına, eyni zamanda, FLNKS və digər müstəqillik partiyalarına qarşı hörmətsizlik idi. Kanak xalqının 90 faizi hüququ olan səsvermədən istifadə edə bilmədi və “Yox” Fransa dövlətinə, onların yerli klonları səbəbindən 57 faiz bitərəf olmaqla qalib gəldi.
Bu gün Fransa dövləti 25 min 800-dən çox qitə fransızını və təxminən 12 mindən çox yerli vətəndaşı birləşdirmək üçün əsasını vətəndaşlığımız, yerli məşğulluğun qorunması təşkil edən xüsusi əyalət seçki orqanını açmağa qərar verir.
CCAT--ın müstəqillik tərəfdarlarının fikrincə, onların razılaşması olmadan hər hansı dəyişikliyin baş verməsindən, Fransa dövlətinin kanak xalqına və kaledoniyalılara qarşı hər hansı qərarın qəbul etməsindən söhbət gedə bilməz.
“Kanaky yenidən müstəmləkəyə çevrilir. Uzun illərdir - müxtəlif sazişlər imzalanandan sülh yolu çəkmişik və ölkəmizə planlaşdırılmış immiqrasiya edilməsindən söz gedə bilməz”, - deyə CCAT kommünikedə qəti şəkildə bildirir. Açıqlamada, eyni zamanda, diqqətə çatdırılır ki, üçüncü referendumun nəticələrinin qəbulundan da söhbət gedə bilməz. Bu referendum saxta olub və kanak xalqının oğurlanmış səsidir.
Koordinasiya təşkilatı artıq Numeada, eləcə də Kone şəhərində 4 yürüş , Yeni Kaledoniya Konqresinin qarşısında isə oturaq aksiya keçirib.
“Fransa dövləti tələblərimizi eşitmədikcə vəziyyət daha da mürəkkəbləşir. Fransa dövləti Yeni Kaledoniyada əyalət seçiciləri ilə bağlı dəyişiklik üçün Konstitusiyanı dəyişir. Niyə? Müstəqillik tələblərini boğmaq üçün?
Bir məsələ dəqiqdir: mübarizəmizi davam və Fransa dövlətinə isə BMT tövsiyələrini qəbul etdirəcəyik. Həmin tövsiyələrdə bildirilir ki, xalqların öz müqəddəratını təyinetmə hüququna dair1514 saylı qətnamə icraçılar tərəfindən yerinə yetirilməlidir.
Fransa artıq insan haqları ölkəsi deyil! Fransa dövləti kanak xalqına, Korsika xalqına, Taiti, Martinika, Qviana, Qvadelupa, bask, xalqlarına, eləcə də müstəqilliyi uğrunda mübarizə aparan bütün digər xalqlara müstəqillik verməlidir!
Yaşasın Korsika, yaşasın Kanaky, yaşasın müstəqillik!”, - deyə kommünikedə vurğulanır.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

