BMT-nin ikinci İqlim Dəyişikliyi Konfransı
29.02.2024 [11:20]
COP 2 harada keçirilib?
Birləşmiş Millətlər Təşkilatının 1995-ci ildən etibarən hər il keçirilən İqlim Dəyişikliyi Konfranslarının əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirməkdən ibarətdir. 1996-cı ilin 8-19 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutan ikinci konfransda (COP2) da bu xüsusda, çoxsaylı məqamlara toxunuldu.
Ancaq Konfrans çərçivəsində baş tutan görüşlərdə 18 iyul 1996-cı ildə təklif edilən Nazirlər Bəyannaməsi təsdiqlənmədi. Bununla yanaşı, ABŞ Dövlət Katibinin Qlobal Məsələlər üzrə keçmiş müavini Tim Virt həmin görüşdə öz çıxışı zamanı ABŞ-ın mövqeyini ifadə etdi:
Əvvəla İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) tərəfindən təqdim edilən iqlim dəyişikliyinə dair elmi nəticələri qəbul etdi (1995), bundan başqa, çeviklik adı altında irəli sürülən vahid “uyğunlaşdırılmış siyasətləri” rədd etdi, eləcə də qanuni olaraq məcburi orta müddətli hədəflər üçün çağırış ünvanladı.
COP2-nin xülasəsi
Belə olduqda, Avstraliya nümayəndələri ilə fikirlər üst-üstə düşmədi. Çünki ABŞ-ın öz mövqeyində etdiyi bu dəyişikliklər Avstraliyanı təcrid vəziyyətinə salırdı.
1995-ci ildə Berlində BMTİDÇS çərçivəsində keçirilən Tərəflərin Birinci Konfransında (COP1) Avstraliyanın hədəflərə çatmaq üçün apardığı mübarizə, xərclərlə bağlı qeydləri, fərqliliklə bağlı çağırışı və inkişaf etmiş dövlət olduğu ilə bağlı məsuliyyəti dərk etməsi nəticəsində siyasət dəyişdi. Avstraliyanın idarəçilik sistemində olan axsaqlıqlar da 1996-cı ildə Cenevrədə keçirilən COP2-də yeni seçilmiş Hovard koalisiya hökuməti tərəfindən möhkəmləndirildi.
Bununla yanaşı, 1996-cı ildə Cenevrədə BMTİDÇS çərçivəsində həyata keçirilən COP2-də aparılan müzakirələr Avstraliyanın iqlim dəyişikliyi ilə bağlı aparılan tədbirlərdə özünün geridə qalan ölkə olduğunu qəbul etdiyibi göstərdi. Konfransdan bir qədər əvvəl hökumət iqlim dəyişikliyi elminin dəqiqliyinə dair bəzi şübhələrin olduğunu bildirdi. Həmçinin IPCC-nin iqlim dəyişikliyinin təsirləri ilə bağlı yeni nəticələri ortaya çıxara biləcəyi təklifinə qarşı çıxdı. Maraqlıdır ki, buna yalnız OPEC ölkələri və Rusiya Federasiyası qoşuldu. Lakin ən əsası, hökumətin Cenevrə danışıqlarındakı sabitliyinin səbəbi istixana qazları emissiyaları üçün qanuni olaraq məcburi hədəflərin müəyyən edilməsi ideyasına qarşı çıxmaq idi.
Sammitdə Avstraliyanın istixana qazı emissiyalarının insanlar üçün təhlükəli ola biləcəyindən təcili müdaxilənin labüd olduğu qeyd edildi. Ancaq Ətraf Mühit Naziri Senator Hill belıə bir tənzimləmə üçün qərar verməyin erkən olduğunu bildirdi. O qeyd etdi ki, əks təsirlərin qiymətləndirilməsi üçün nə elmi, nə də texniki səviyyədə inkişafa nail olunub.
Beləliklə, BMT-nin İqlim Dəyişikliyi Konfranslarının ikincisi hesab edilən COP2 əsasən təzadlı fikirlər və üst-üstə düşməyən müzakirələrlə yadda qaldı.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

