/ / Səməd Vurğunun yazıçı və bəstəkarların yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsinə həsr olunmuş müşavirədə çıxışı
Səməd Vurğunun yazıçı və bəstəkarların yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsinə həsr olunmuş müşavirədə çıxışı
16.01.2024 [11:23]
Oxu zalı
Bəllidir ki, Azərbaycan mətbuatı ayaq tutandan sonra ədiblərimizin, fikir adamlarımızın, ictimai xadimlərimizin çoxu ədəbi-bədii, fəlsəfi-publisistik əsərlər yaratmaqla yanaşı, qəzetçilik, tənqidçilik fəaliyyəti, jurnalistika ilə də məşğul olub, öz məqalələrində, çıxışlarında, məktub və müraciətlərində yaşadığı dövrün aktual ictimai problemlərinə, sənətlə bağlı mübahisəli, ağrılı məsələlərə münasibət bildirib. Bu da təbiidir, çünki istedad, bədii təfəkkür həm də analitik-tənqidi yanaşma tələb edir, əks halda sənət meyarları dəqiqliyini itirə, ictimai mizan pozula bilər. Meyarlar, dəyərlər isə yoxdan yaranmır, ziyalıların, sənətkarların, ictimai xadimlərin kollektiv iştirakçılığı ilə meydana çıxır. Bu baxımdan Azərbaycan tarixində iz qoymuş ədiblərin, sənətkarların, ictimai xadimlərin məqalələri, çıxışları, məktubları dövrün reallıqlarından xəbər verən əvəzsiz sənədlərdir. Bu sənədlərə, keçmişimizlə bağlı etibarlı mənbələrə dönə-dönə qayıtmaqla biz xalqımızın keçdiyi tarixi yola daha yaxşı bələd ola, bu tarixi daha obyektiv, daha dürüst qiymətləndirə bilərik.
Beləliklə, xalqımızın hamıya açıq olan mənəvi arxivindən seçdiyimiz materiallar yaxın-uzaq tariximizə səyahətə çıxmaq üçün bizə bələdçi olacaq. Xatırlatması bizdən, yozması oxucudan…
Səməd Vurğunun yazıçı və bəstəkarların yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsinə həsr olunmuş müşavirədə çıxışı
Operalarımızın yaradılması barədə mənim bir qeydim var. Əvvəla, elə bilirəm ki, bir yazıçı kimi mənim üçün opera sənəti hələ kifayət qədər aydınlaşdırılmamışdır. Əgər mən opera yazsam, çox şey itirərəm.
Bu, nədən irəli gəlir? Bəlkə, həmin məsələdə məlumatım azlıq təşkil edir. Mən Rəfilinin o fikir ilə razılaşmıram ki, bizim bütün şairlər musiqini duymaq bacarığından məhrumdur. Nadir musiqi əsərləri poeziyanı üstələyə bilər. Bizim kimi yaradıcı adamlara bir məsələni aydınlaşdırmaq lazımdır. Belə güman edək ki, opera musiqisi yazıçıya təsir göstərər və bunun yeni əsərin yaranmasına köməyi olar. Bu məsələdə Hacıbəyovun fikri ilə şərikəm. Əgər bir şeydən təsirlənməsən, yaxud ilham almasan, heç bir əsər yarada bilməzsən. Onda yalnız sadəcə, mexaniki surətdə sifarişi yerinə yetirmiş olarsan. Mənim fikrim belədir.
“Yevgeni Onegin” operasını dinləyəndə Çaykovskinin gözəl musiqisinə valeh olursan. Hiss edirsən ki, bu musiqi Puşkinin poeziyasını daha da canlandırır. Məsələn: “Hara, hara uçub getdiniz, mənim baharımın qızılgülləri?” Bu, romantikadır. Əlbəttə, buna Çaykovskinin musiqisi əlavə olunanda. Bəs bu, necə yaranır? Aydın olur ki, bizim bəstəkar və yazıçılar birgə işləməyi bacarmırlar. Üzeyir bəy məsələni düzgün qoyur, mən onun fikri ilə razılaşıram. Məncə, şair şeirlə elə mətn yaratmalıdır ki, bəstəkar ondan təsirlənsin, ilhama gəlsin, onu dəyişdirməyə əli gəlməsin. Opera üçün ədəbi liberetto yazmaqdan ötrü şair bizim şeir yaradıcılığını hərtərəfli bilməlidir. Bir var əvvəldən axıra kimi eyni formada şeir yazasan, bir də var poeziyanın bütün şəkillərindən istifadə edəsən. Şair bilməlidir ki, şikəstə olan yerdə çoban-bayatı oxumalıdır. Ona görə şeiri bayatı formasında yazmalıdır. Bəstəkar isə həmin formanı dəyişdirməməli, onun üzərində musiqi bəstələməlidir.
Deyəsən, məsələdən bir az uzaqlaşdım. Mənə elə gəlir ki, opera səhnəsində ədəbi obraz alınmır. Əgər “Koroğlu” operasının gözəl musiqisini atsaq, bir səhnə obrazı kimi Koroğlu surəti səciyyələnərmi? Əgər yazıçılardan hər hansı biri musiqisiz “Koroğlu” dramı yazmış olsa, onda Koroğlunun səhnə obrazı tamam başqa cür alınar, hərtərəfli, zəngin və bitkin bədii surət kimi meydana çıxar. Deməli, opera sənəti öz xüsusiyyətləri ilə yazıçının geniş şəkildə və əhatəli göstərmək imkanını məhdudlaşdırır. Operaya dramatik əsər kimi baxmaq olmaz. Bu məsələ mənim üçün tamamilə aydın deyil. Təsəvvür edə bilmirəm: belə bir qarşılıqlı anlaşma yaratmaq olarmı ki, mənəvi cəhətdən həm şair, həm də bəstəkar razı qalsın.
Mənə çox qəribə gəlir: nə üçün opera 4 və ya 5 pərdə göstərilir? Bu məsələdə dəyişiklik etmək mümkün deyilmi?
Müxtəlif dialoqlardan istifadə yolu ilə qəhrəmanı ayrı-ayrı şəraitdə təsvir etməklə şəkillər yaratmaq olarmı?
(Hacıbəyov: - Mən şəkilləri qəbul etmirəm).
Bilirəm, şəkilləri yaratmaq sizə xoş gəlmir. Hər halda, mənə maraqlıdır ki, məsələlər dərindən aydınlaşdırılsın. Bizdə yazıçılarla bəstəkarlar arasında canlı yaradıcılıq əlaqələri yoxdur.
Məsələn, biz məmnuniyyətlə sizin əsərlərinizi və musiqinizi dinləyirik. Ancaq mən əminəm ki, bəstəkarlarımızın çoxu ədəbiyyatımızı bilmir, ondan bəhrələnmir. Elə bir hadisə yadıma gəlmir ki, bəstəkar bir ədəbi əsəri oxuyub, gəlsin yazıçının yanına və desin: “Mən sənin əsərinlə tanış oldum, o mənə böyük təsir etdi”. İlhamsız əsər yazmaq olmaz, bəstəkarlarımızsa bu məsələyə soyuq yanaşırlar.
“Leyli və Məcnun” operasını götürək. Əgər Üzeyir bəy onu yenidən “Koroğlu” kimi notlu opera yaratsa, bu, əvəzsiz əsər olardı. Ancaq qoy ilk variant qalsın.
(Hacıbəyov: - Onu nota da salmaq olar).
Mənə elə gəlir ki, biz bugünkü müşavirənin müzakirə etdiyi məsələdən çox uzaqlaşırıq. Qanadlı sözlər deyir, konkret yaradıcılıqdan söhbət açmırıq.
Üzeyir bəy dedi ki, 4 il oturub “Koroğlu”nu yaradıb. Yalnız operalar deyil, bütün bədii əsərlər də belə yazılır.
Qəzetlər yazır ki, ongünlükdən 6 ay keçməsinə baxmayaraq, hələ heç bir əsər yaradılmayıb. Bununla razılaşmaq olmaz. Əgər bu 4 ildə Üzeyir bəydən başqa daha 4 bəstəkar yaradıcılıq axtarışları aparsaydı, bəlkə də, daha 4 “Koroğlu” yazılardı.
Bəstəkarları səfərbərliyə almaq lazımdır ki, onlar yaxşı mövzulara girişsinlər və iki ildən sonra bizim bir neçə operamız olsun.
Bütün yazıçıları operaya cəlb etmək lazım deyil. Yoldaş Ordubadi, bəzi müvəffəqiyyətsizliyə baxmayaraq, məndən və Süleymandan çox iş görə bilər. O bu işin pərəstişkarıdır. Qoy yazsın. Başqa bir məsələ ki, bu işə kollektiv surətdə girişməliyik. Kimin yazmağa həvəsi var, onu bu işə cəlb etmək lazımdır. Fikrimcə, belə yaradıcılıq müşavirələrini tez-tez çağırmaq vacibdir. Bu, yazıçı və bəstəkarların bir-biri ilə görüşmələrinə imkan yaradır. Bir-birimizə mane olmadan evlərimizə getmək və birgə gəzməyə də çıxmaq mümkündür…
Burda zəif bir cəhət var. Tutaq ki, məni “Xanlar” mövzusu maraqlandırır, Rəfilini “Mirzə Fətəli Axundov”, yaxud müasir mövzu. Əgər mən bu mövzunu işləməsəydim, fikrimcə, libretto başlamaq olardı. Ancaq indi çətindir.
Hər bir yaradıcı işçi və bəstəkar üçün başlıcası işə başlamaq və işin gedişində təsirlənmək, başqa sözlə, ilhama gəlmək vacibdir.
Əgər mövzu onu tutursa, həvəsə gəlir, ürəyincə olmursa, işə girişmir. Yaxşı əsər yaratmaq üçün opera üzərində bir neçə il işləmək lazımdır. Bir əsəri başlayıb 5 ilə tamamlamaq olar, yaxud bütün enerjini, diqqətini və yaradıcılıq qüvvətini toplayıb onu daha tez qurtara bilərsən.
Mənə maraqlıdır ki, bəstəkarlar üçün lazımi şərait yaradılıbmı? Yazıçılardan ötrü hələlik belə bir şərait yoxdur…
Mən Üzeyir bəyi bir neçə işdə görürəm. Bir tərəfdən bu, heç də xoşuma gəlmir. Hansı məqsədlə belə istedadlı bir bəstəkarın vaxtının 80 faizini əlindən almaq olar? Halbuki onun çalışdığı yerlərdə, tutalım, Niyazi, yaxud başqa gənc bəstəkarlar işləyə bilərlər.
(Hacıbəyov: - Mən özümə şərait yaratmaq üçün bütün tədbirləri görürəm).
Bu başqa məsələ ki, mövzu Üzeyir bəyi tutub, o da yazır. Yaradıcılıq müqaviləsi bağlayıb bilet alar, qatara minər və 3-4 aylığa Yaltaya gedər. Bu adamı həyatın kiçik işlərindən azad etmək lazımdır.
Mənim həyatım qəribə bir şəkil alıb: səhər 10-dan axşam saat 10-a kimi günümü yaradıcılığıma heç bir dəxli olmayan müxtəlif yığıncaqlarda keçirirəm. Bütün günü şəhərin o baş-bu başına gedir, evə yorğun qayıdıram. Bu da yaradıcılıq fantaziyama xeyli təsir göstərir, onu zəiflədir. Bizə şərait lazımdır.
Yaxşı deyil, müqavilə bağlamağı təklif edir, adamların əsər yaratmağı öhdələrinə almalarını istəyirsiniz. Ən başlıca məsələ şərait yaratmaq, operamızın inkişafını elə səviyyəyə qaldırmaqdır ki, biz onu ürəkdən sevək, fəxr edək. Bu, operaya olan yaradıcılıq meylini daha da qüvvətləndirər.
Mən bir yazıçı kimi həmin yaradıcılıq əlaqəsində iştirak etməyi özümə borc bilirəm… Ancaq konkret olaraq öhdəmə heç bir şey götürmürəm. Mən müxtəlif mövzular üzərində düşünürəm. Adamları tələsdirməyin, vaxt vermək lazımdır ki, fikirləşsinlər. Kim hansı mövzunu seçər, özü də ərizə verər. Onda işlər yaxşı gedər…
Fikrimcə, vətəndaş müharibəsi və Nizami mövzuları aktualdır. Əvvəla, “Vaqif”i mən libretto kimi yazmayacağam. Çünki onu opera şəklinə salmaq çətindir. Həm dram, həm də opera teatrında bir sıra nöqsanlar hökm sürür ki, bunlar hamımızı narahat etməlidir. Bunlardan biri vətəndaş müharibəsi mövzusunda operamızın azlığı məsələsidir. Doğrudur, bu mövzuda hələlik “Nərgiz” operamız var. Tarixi mövzuda isə “Koroğlu” operası yaradılıb. İkincisini də yazmaq olar. İncəsənətimiz sosializm əsərinin pafosunu əks etdirməlidir. Bu baxımdan bütün bunlar bizi qane edə bilməz. Bizim romantikamız – yeni insanın romantikasıdır. Bu, incəsənətimizdə öz əksini tapmalıdır. Biz bunu etməyə borcluyuq. Başqa sözlə, biz – sovet yazıçı və bəstəkarları həmin vəzifəni yerinə yetirməliyik…
…Bu baxımdan mən bir yazıçı kimi sizə iki əsər vəd edə bilərəm; əvvəla, 40-cı ildə Çaykovskinin yubileyi münasibətilə göstərmək istədiyiniz “Yevgeni Onegin” librettosunun tərcüməsini. Bu əsər mənə tanışdır, onu çevirərkən öz tərcüməmdən istifadə edəcəyəm. Mən çox şey vəd edib, az iş görən adamların cərgəsində olmaq istəməzdim…
Sonra müasir sovet həyatından bir libretto yazacağam. Qurtaran kimi gətirib sizə oxuyaram. Həmin işi bu il yerinə yetirməyə çalışacağam.
Bəstəkarlarla isə gələn ilin yazında bu barədə danışarıq. Müasirimiz olan yeni insan məni çox maraqlandırır. Siz deyəndə ki, öz qüvvəni sına, bu, mənim çox xoşuma gəlir. Yeni insanı təsvir etmək lazımdır. Məsələn, Bəsti Bağırovanı göstərmək olar. Yoxsul sağıcı qadın görün necə yüksəlmişdir. Yoldaş Üzeyir bəy, bu mövzuda opera yaratmaq olar, ya yox?.. Əlbəttə, olar. Belə mövzu məni çox maraqlandırır. Bu mövzuda bir sıra şeir və poemalar yazmışam. Kəndlilərin, yeni adamların həyatını pis bilmirəm. Bu mövzuda mən əsər yazacağam, bir şərtlə ki, musiqisini Üzeyir bəy bəstələsin.
1938
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

