Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək

MDB missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək

13.12.2023 [13:22]

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyası Azərbaycanda 2024-cü ilin fevral ayında keçiriləcək seçkilərin monitorinqində iştirak edəcək.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə deyib.

Onun sözlərinə görə, MDB-nin İcra Komitəsi artıq seçkilərin müşahidəsinə hazırlıq görür.

MDB-nin baş katibi müşahidə missiyasının Azərbaycanla yanaşı, Belarusda və Rusiyada keçiriləcək prezident seçkilərində də iştirak edəcəyini qeyd edib. Lebedev müşahidə missiyasının göndərilməsi ilə bağlı yalnız Azərbaycandan yazılı dəvət daxil olduğunu, Rusiya və Belarusun isə şifahi dəvət göndərdiyini qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31