Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları...

Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları...

24.08.2026 [15:39]

Yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Azərbaycanın Özbəkistanla yaxın dostluq münasibətlərinin müasir vəziyyətinə toxunaraq birgə əməkdaşlıq formatının regional inteqrasiyanın dərinləşməsinə əvəzsiz töhfələr verdiyini bildirib. Son illərdə bu sarsılmz birlik iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələni başladıb.

2024-cü ilin avqustunda İlham Əliyevin Özbəkistana, 2025-ci ilin uyul ayında isə Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi”, eləcə də digər mühüm sənədlər tərəflər arasında yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından əhəmiyyətli təkanverici rola malikdir. Həmçinin, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti birgə sərmayələri təşviq edir

Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Bu sahədə son illərdə sürətli inkişaf dinamikası müşayiət olunmaqdadır. Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Tərəflər sənaye, aqrar-sənaye, tikinti, turizm, rabitə və digər sahələrdə iqtisadi mübadilənin həcmini real potensialın səviyyəsinə çatdırmağı hədəfləyir ki, buna hər iki tərəfin gücü və iradəsi də imkan verir.
Həmçinin qarşılıqlı investisiya  qoyuluşarı artır. 2023-cü ildə yaradılmış ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti praktiki olaraq sərmayə layihələrinin icrasını təmin edir. İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib və həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir. Bu dinamika birgə investisiya təşəbbüskarlığını daha da artırır. Yeri gəlmişkən, yeni sərmayə layihələri arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.

Orta Dəhlizin TRIPP -ə inteqrasiyası

Azərbaycanda təxminən 130-dan çox Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərir.

İqtisadi-investisiya siyasətinə töhfə verən amillərdən biri iki dövlət arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti, eləcə də Azərbaycan-Özbəkistan Regional Forumunun təşəbbüskarlığıdır. İndiyə qədər Koissiyanın 15 iclası keçirilib, bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Hər iki dövlət Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) aparıcı oyunçularıdır. Orta Dəhliz vasitəsilə ixrac imkanlarının artması sayəsində  2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib,  2025-ci ildə isə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib. Orta Dəhlizin əsas qovşaqlarından biri olacaq Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın regional tranzit bağlantılarında fəal yerini möhkəmləndirəcək,

“Yaşıl Dəhliz Birliyi”  - enerjinin yeni gündəliyi

Energetika sektorunda əməkdaşlıq və “yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. İki ölkənin səyi ilə yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.
2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır. 2025-ci ildə isə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb. Sənədə əsasən, enerji səmərəliliyinin artırılması, “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıran inteqrasiya olunmuş regional şəbəkənin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə Orta Asiya-Xəzr-Avropa “yaşıl dəhliz”inin yaradılmasına səbəb olacaq. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.

Sənaye sahəsində birgə istehsal zonası

Sənaye, o cümlədən, maşınqayırma sektorunda son illərdə möhkəm əməkdaşlıq blokları qurulub. Belə ki, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib.
Bir sözlə, Azərbaycan və Özbəkistan iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.  Hər iki ölkənin iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Azərbaycan Prezidrntinin avqustun 23-də gerçəkləşən səfəri Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını güclü təkan verəcək.
 

E.CƏFƏRLİ
 

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31