Faiq Ələkbərli: Mirzə Uluqbəy adına məktəb Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm nümunəsidir
25.08.2026 [17:58]
Azərbaycan və Özbəkistan arasında münasibətlərin mühüm istiqamətlərindən birini mədəni-humanitar əməkdaşlıq təşkil edir. Bu əlaqələrdə iki xalqın tarixində və mədəniyyətində iz qoymuş şəxsiyyətlərin irsinin qarşılıqlı şəkildə tanıdılması da xüsusi yer tutur. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin yaradılması bu baxımdan diqqətçəkən nümunələrdəndir.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərli bildirib ki, məktəbin görkəmli alim Mirzə Uluqbəyin adını daşıması Azərbaycan-Özbəkistan münasibətlərinin humanitar məzmununu zənginləşdirən addımlardandır. Onun sözlərinə görə, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əlişir Nəvai və Mirzə Uluqbəy kimi böyük şəxsiyyətlərin yaradıcılığı Azərbaycan və Özbəkistan xalqlarını bir-birinə yaxınlaşdıran mühüm mənəvi bağlardandır.
“Mirzə Uluqbəyi Azərbaycanda orta məktəbdə oxuyan şagirdlərin daha yaxından tanıması, onun böyük alim olduğunu və türk xalqları üçün daşıdığı dəyəri öyrənməsi çox önəmlidir. Necə ki, biz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqa böyük şəxsiyyətlərimizin Özbəkistanda eyni dəyər daşıdığını görürük”, – deyə F.Ələkbərli qeyd edib.
Alim diqqətə çatdırıb ki, qarşılıqlı maraq artıq müxtəlif sahələrdə özünü göstərir. O, Özbəkistanda olarkən azərbaycanlı mütəfəkkirlərin özbək alimləri sırasında təqdim edildiyini müşahidə etdiyini bildirib. Onun fikrincə, bu cür yanaşma xalqların bir-birinin tarixini və mədəniyyətini daha yaxından tanımasına şərait yaradır.
F.Ələkbərli hesab edir ki, məktəbin fəaliyyət göstərməsi də bu prosesin təhsil müstəvisində davamıdır. Mirzə Uluqbəyin elmi fəaliyyətinin öyrənilməsi Azərbaycan gənclərinin yalnız bir tarixi şəxsiyyət haqqında məlumat əldə etməsi deyil, eyni zamanda türk dünyasının elmi fikir tarixinin daha geniş mənzərəsini görməsi baxımından əhəmiyyətlidir.
“Mirzə Uluqbəyin böyük elmi irsi var və bu irs Azərbaycanda da yaxından öyrənilməlidir. Bu, xalqlarımızı bir-birinə yaxınlaşdıran amillərdəndir”, – deyə alim vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasındakı tarixi-mədəni yaxınlıq ayrı-ayrı şəxsiyyətlərlə məhdudlaşmır. Əl-Xarəzmi, Mirzə Uluqbəy, Əlişir Nəvai, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi və Xaqani Şirvani kimi mütəfəkkirlərin yaradıcılığı müxtəlif dövrlərdə formalaşmış geniş mədəni əlaqələrin izlərini yaşadır.
Alim bu yaxınlığın yeni nəsil tərəfindən daha dərindən dərk edilməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, tarixə yalnız ayrı-ayrı dövlətlərin sərhədləri daxilində deyil, xalqlar arasında mövcud olmuş qarşılıqlı əlaqələr baxımından yanaşmaq ortaq keçmişin daha dolğun mənzərəsini yaratmağa imkan verir.
“Biz özbəkləri, türkmənləri, qazaxları və digər türk xalqlarını daha yaxından öyrəndikcə bir çox ortaq cəhətlərimizi görürük. Dil, mədəniyyət, fəlsəfə və mənəvi dəyərlər bizi bir-birimizə yaxınlaşdırır”, – deyə F.Ələkbərli bildirib.
O qeyd edib ki, tarixdə xalqlar arasında müxtəlif siyasi qarşıdurmaların baş verməsi onların əsrlər boyu davam edən mədəni əlaqələrini kölgədə qoymamalıdır. Bu baxımdan, müasir dövrdə tarixə daha geniş və qarşılıqlı münasibətlər prizmasından yanaşılması mühüm əhəmiyyət daşıyır.
F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında son illərdə genişlənən humanitar əməkdaşlıq bu tarixi yaxınlığın müasir mərhələdə yeni məzmun qazanmasına imkan verir. Təhsil, elm və mədəniyyət sahəsində həyata keçirilən birgə layihələr xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.
“Biz bir-birimizə yaxınlaşdıqca dilimizin, mədəniyyətimizin, kökümüzün və mənəvi bağlarımızın yaxınlığını daha dərindən anlayırıq. Bu da Türk dünyasının gələcəyi üçün əlavə imkanlar yaradır”, – deyə alim fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılış mərasimi 2023-cü ildə keçirilib. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt və idman zalları, yeməkxana və kitabxana yaradılıb. 2025/2026-cı tədris ilində məktəbdə 583 şagird təhsil alıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

