SOCAR “Uniper” şirkəti ilə müqavilə imzalayıb
05.12.2023 [10:39]
Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Uniper” şirkəti arasında enerji sektorunda davamlı tərəfdaşlığı təşviq edən Əlaqələndirmə komitəsinin 8-ci iclası keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, SOCAR-ın və “Uniper” şirkətinin rəhbər şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımlar, SOCAR-da insan resurslarının inkişafı sahəsində əldə olunan nailiyyətlər, “Uniper”in yeni strategiyası və biznes maraqları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda enerji keçidi ilə bağlı görülən işlər və SOCAR-ın gələcək layihələri ilə bağlı təqdimat edilib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirinin, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərinin çıxışları dinlənilib, enerji sənayesinin inkişafına dair fikir və təcrübə mübadiləsi aparılıb.
İclasda tədbirin şirkətlər arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsi, enerji məsələləri və nəzərdə tutulan layihələr üzrə müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir çərçivəsində SOCAR ilə “Uniper” şirkəti arasında “2024-cü il üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.
Beynəlxalq enerji şirkəti olan “Uniper” qlobal müstəvidə çevik və aşağı karbonlu enerji həlləri üzrə ixtisaslaşıb. 2013-cü ildə Avropanın enerji təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin gücləndirilməsi məqsədilə “Uniper” və SOCAR şirkətləri arasında uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb. 2016-cı ildə enerji səmərəliliyinin inkişafı məqsədilə yaradılmış müəssisə bu əməkdaşlığın inkişafına xidmət edir.
Xəbər lenti
Hamısına baxElm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05

