Ədalət, yoxsa intiqam forması?
30.11.2023 [11:20]
Ölüm hökmünün ən çox olduğu ölkələr...
Yeganə BAYRAMOVA
Dünyanın ən ədalətli məhkəmələrində belə yekun qərar səhv ola bilir. Hətta bu vəziyyət inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə daha çox yaşanır. Buna baxmayaraq, cəzaların müəyyən bərpası mövcuddur. Uzun müddət məhkəmə səhvinə görə bir şəxs azadlıqdan məhrum olunubsa, o azadlığa buraxıla və həmin şəxsə böyük məbləğdə kompensasiya ödənilə bilər. Yeganə cəza ölüm hökmüdür ki, nəticəsini bərpa etmək olmur.
Ölüm hökmü cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini, öldürülməsini özündə ehtiva edən cəza növüdür. Tarixə nəzər saldıqda görürük ki, qədim dövrlərdə ölüm hökmü, cismani cəzaların tətbiqi adi hal alıb. Qədim Misir, Babil və Assur sivilizasiyaları ölüm cəzasını geniş şəkildə tətbiq edən cəmiyyətlərdəndir. Bundan əlavə, ölüm hökmü Qədim Yunanıstanda və Roma İmperiyasında da tətbiq edilirdi.
Orta əsrlərdə ölüm cəzası müxtəlif üsullarla tətbiq edilirdi. Məsələn, asmaq, yandırmaq, boğmaq, çarmıxa çəkmək, başını kəsmək, daşqalaq etmək kimi üsullardan istifadə olunurdu. Həmçinin ölüm hökmü adətən ruhanilər və ya dövlət məmurları tərəfindən verilirdi. Amerika Birləşmiş Ştatlarında 1960-cı illərin əvvəllərində ölüm hökmünün “qəddar və qeyri-adi” cəza olduğu və buna görə də, Səkkizinci Düzəlişdə Konstitusiyaya zidd olduğu irəli sürüldü.
1786-cı il noyabrın 30-da Toskana Hersoqluğu ölüm hökmünü ləğv edən ilk müasir dövlət kimi tarixə düşüb. Bu tarix 2002-ci ildən etibarən ölüm hökmünün ləğv edildiyi şəhərlər günü kimi beynəlxalq səviyyədə qeyd olunur. Hazırda bu siyahıya 90 ölkədən 2 mindən artıq şəhər daxil edilib.
Ölüm hökmü hansı ölkələrdə mövcuddur?
Dünyada verilən ölüm hökmlərinin ümumi sayının 84 faizii 4 ölkənin payına düşür: İran, İraq, Pakistan və Səudiyyə Ərəbistanı. İranda hər il ən azı 507, Səudiyyə Ərəbistanında 146, İraqda 125, Pakistanda isə ən azı 60-70 nəfər insan ölümlə cəzalandırılır. Bundan başqa ən çox ölüm hökmü verilən ölkə Nigeriya (Afrika) hesab edilir ki, bu ölkədə hər il 621 nəfər haqqında ölüm hökmü çıxarılır. Bu rəqəm Misirdə 402, Banqladeşdə isə 273 nəfərdən çoxdur. Qeyd edək ki, ABŞ və Şri-Lankada da ölüm hökmü ilə cəzalandırılanlar az deyil.
İsraildə ölüm hökmü soyqırımı təşkilinə, kütləvi insan qırğınına və dövlətə xəyanətə görə verilir. Bu ölkənin mövcud olduğu zamandan indiyədək cəmi 2 nəfərə ölüm hökmü oxunub. Bunlardan biri də nasist cinayətkar Adolf Eyxman idi.
ABŞ-ın 32 ştatında...
Ölüm hökmü ABŞ-ın Konstitusiyasında da öz əksini tapıb. 51 ştatın 32-sində icra edilməkdədir. Ən çox ölüm hökmü əhali sayına görə, Texas və Oklahoma ştatlarında verilir. Aparılan son sorğulara görə, amerikalıların 62 faizdən çoxu ölüm hökmünün qalmasını istəyir. ABŞ “8 Böyük Dövlətlər” içərisində ölüm hökmü icra olunan yeganə ölkədir.
İran dünyanın 18-ci böyük ölkəsi, Yaxın Şərqin isə 2-ci böyük ölkəsi hesab olunur. Şiəlik ölkənin əsas dini hesab olunur. İranda əhalinin əksəriyyəti ölüm cəzasının qalmasının tərəfdarıdır.
Belarusiya keçmiş sovet respublikalarından olan yeganə ölkədir ki, ölüm hökmü icra olunur. Keçmiş sovetlər ölkəsinin tərkibində olan 10 respublikada ölüm cəzasının verilməsindən tam imtina edilib. Bu ölkələr: Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Türkmənistan, Ukrayna, Özbəkistan, Qırğızıstandır.
Latviyada 2011-ci ilədək ölüm hökmü yalnız hərbi cinayətlər zamanı icra olunurdu, 2011-ci ildən isə ölüm hökmü tamamilə ləğv edildi.
İraqda 2003-cü ildən ölüm hökmünün icrası dayandırılıb. Sonradan ölüm cəzası yenidən bərpa edildi və hazırda dünya üzrə ölüm hökmünün icrasının 80 faizdən çoxu İraq, İran və Səudiyyə Ərəbistanının payına düşür.
Şərqdə ölüm hökmünü ləğv etmiş ilk ölkə...
Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv olunub. Ulu öndər 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət edib. Həmin müraciətdə cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib, bu tarixi bəyanatın zəruriliyini əsaslandırıb. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Heydər Əliyev ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.
Şərqdə ilk dəfə olaraq ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqləyib. Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olub.
Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Vaxtaşırı əfv sərəncamlarının imzalanması ilə ölkəmizdə insan hüquq və azadlıqları dövlətin diqqət mərkəzində saxlandığı prioritet sahələrdən birinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10

