Qanunun keşiyində keçən 108 il!
02.07.2026 [08:34]
2 İyul Azərbaycan Polisi Günüdür...
İyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd edilir. Ölkəmizdə ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında Azərbaycan polisinin öz xidməti borcunu böyük əzmlə və layiqincə yerinə yetirməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan polisi cəmiyyətin, dövlətin və bütövlükdə Vətənin keşiyində durub, öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir. Bu çətin, eyni zamanda şərəfli peşə sahibləri Vətənə və xalqa sədaqətini öz peşə fəaliyyətində daim nümayiş etdirir, dövlətin təhlükəsizliyinin və vətəndaşların asayişinin keşiyində qətiyyətlə dayanırlar. Zərurət yarandıqda müqəddəs vəzifə borcunu yerinə yetirərkən canlarından keçərək şəhidlik zirvəsinə ucalmaqdan çəkinmirlər.
Polislərimiz cinayətkarlığın səviyyəsinin azalması, qanunları pozan şəxslərin və ya dəstələrin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və bu kimi çətin vəzifələri yerinə yetirirlər. Bu gün ümumxalq əhəmiyyətli məsələlərdə daim öndə olan Azərbaycan polisinin 108 yaşı tamam olur. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. 1920-ci il aprelin 27-də Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər daxili işlər orqanlarının tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.
Bu presedent Ulu öndərin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə də ön planda dayanıb. Məhz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ötən dövr ərzində daxili işlər orqanlarının işinin təkmilləşdirilməsi və müasir standartlar səviyyəsində yüksəldilməsi, təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalanıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərib.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın hüquq və mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir. Prezident İlham Əliyevin diqqəti sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Qeyd edildiyi kimi, Azərbaycan polisi Vətənin azadlığı və bütövlüyü uğrunda gedən mübarizədə də hər zaman ön sıralarda olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını İkinci Qarabağ müharibəsində də göstəriblər. Belə ki, Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezidentin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan polisinin 108 illik şərəfli tarixi göstərir ki, Vətənə sonsuz sədaqət, xalqa səmimi xidmət, qanunun aliliyinə hörmət və dövlətçiliyə sarsılmaz bağlılıq bu müqəddəs peşənin əsas dayaqlarıdır. Məhz bu ali dəyərlər sayəsində polisimiz bundan sonra da ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı, xalqımızın güvən yeri və dövlətimizin qüdrətli dayaqlarından biri olaraq fəaliyyətini uğurla davam etdirəcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50

