Müasir iqtisadi quruculuğun yeni modeli
01.07.2026 [11:34]
Mehriban Əliyeva: “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir”
Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə daxil olub. Yeni innovasiya cəmiyyətində öz layiqli yerini tutmaq üçün ölkəmiz mühüm dövlət konseptini - “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nı təsdiq edib və sənədin icrası istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilməkdədir. Strategiya rəqəmsal transformasiyanın strateji əhəmiyyətini nəzərə alaraq dövlət idarəetməsi, infrastruktur, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrində prioritet tədbirlər müəyyən edir.
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulandığı kimi qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən Yol xəritəsi müəyyən olunub və yeni yaradılan Şuranın əsas vəzifəsi bu istiqamətdə əlaqələndirici rol oynamaqdır. Şura müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”.
“Hökumət buludu”, “SİMA”, “ASAN xidmət”...
Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Azərbaycanda güclü rəqəmsal arxitektura mövcuddur. Son illər ərzində “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. “Mygov” platformasının xidmət dairəsinin genişləndirilir, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdırılıb.
Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət Buludu”) tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb.
Hazırda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara, biznes subyektlərinə və əcnəbilərə təxminən 400-ə yaxın xidmət göstərilir. Xidmətlərin sistemləşdirilməsi və təkrarlığın qarşısını almaq məqsədilə yaradılmış “Dövlət Xidmətlərinin Elektron Reyestri” portalında 945 dövlət xidməti rəqəmsal olaraq təsdiq edilərək istifadəyə verilib..
Sektorlar üzrə rəqəmsallaşma istiqamətində də mühüm nəticələr əldə edilmişdir. Maliyyə sektorunda 30-dan çox “FinTech” subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan verib. Kənd təsərrüfatında “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi üzərindən 600 mindən çox fermer subsidiyalardan və digər xidmətlərdən rəqəmsal qaydada yararlanır. Səhiyyə sahəsində rəqəmsal həllərin tətbiqi ilə xidmətlərin keyfiyyəti və əlçatanlığı artırılır. Təhsil sistemində rəqəmsal təhsil modelləri formalaşdırılıb, ali təhsil müəssisələri nəzdində rəqəmsal iqtisadiyyat, innovasiya və tədqiqat mərkəzləri yaradılıb. Mülkiyyət sahəsində isə patent və əmtəə nişanlarının rəqəmsal qeydiyyatı üçün “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” sistemi istifadəyə verilib.
Coğrafi vəziyyətimiz texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir
Azərbaycan neft-qaz, bağlantılar sahələrində böyük təcrübəsindən istifadə edərək beynəlxalq şirkətlərlə olan əlaqələrin səmtini indi yeni texnoloji cəmiyyət quruculuğuna yönəldir, sərmayə tərəfdaşlıqları qurur. Ötən 20 ildə 350 milyard dollardan çox sərmayə qoyuluşuna nail olan ölkəmiz həm yerli, həm xarici sərmayələrin qorunması ilə sağlam mühit formalaşdırıb və amil qeyri-neft investisiyaları üçün daha geniş zəmin yaradır. Müşavirədə bəyan edildiyi kimi, bir çox ölkələrlə icra edilmiş nəhəng layihələrin davamı indi bilik, bacarıq, texniki keyfiyyətlər sahələrini əhatə edir və geniş beynəlxalq əlaqələrin qurulması nəzərdə tutulur. Bu sərmayə əməkdaşlığı nəqliyyat, energetika dəhlizləri fonunda regional fiber-optik dəhlizlərin yaradılmasını təmin edir.
Eyni zamanda, ölkəmizin coğrafi vəziyyətinin əlverişliliyi də rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində töhfəverici rol oynayır. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməyi, Şimal-Cənub dəhlizi üzərində qərar tutması və yaradılmış logistika infrastrukturu texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir.
“Yaşıl güclər” texnoloji inkişafın öncül sahəsinə çevrilir
Digər üstünlük ənənəvi enerjidən təmiz enerjiyə keçid üçün resurslar zənginliyidir. Azərbaycan son illər ərzində aparılan işlər nəticəsində öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilib və 10 min meqavata bərabər gücə malikdir. Yeni dövrdə isə elektrik stansiyalarının hidro, günəş, külək və digər bərpaolunan enerjiyə əsaslanması nəzərdə tutulur. Yerləşdiyimiz bölgə zəngin alternativ enerji mənbələrinə malik olmaqla, generasiya gücümüzü artıracaq. Bu isə xarici tərəfdaşlarla “yaşıl enerji” kabellərinin çəkilişi üçün güclü motivasiyalar deməkdir. Məlumdur ki, Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb.
Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi və Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində həyata keçirdiyi layihələr mühüm yer tutur. Bu istiqamətdə ötən ilin diqqətçəkən hadisələrindən biri də Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanıb. Bu, Xəzər dənizi regionu ilə birləşdirəcək qlobal layihənin - “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin 3-4 il ərzində tamamlanmasını təmin edəcək.
“Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılacaq
Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu prosesdə daha böyük nailiyyətlər əldə etmək üçün dövlət-özəl-elm üçbucağının qurulması olduqca vacibdir. Xüsusilə də, biznes cəmiyyəti bu proseslərin hərəkətverici qüvvəsi olmalıdır.
Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya sənədində də əks olunduğu kimi bu prosesdə elm və iqtisadi blok arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması, İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün illik İKT təqaüd proqramlarının təsis edilməsi, rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi üçün əhatəli tədbirlər həyata keçiriləcək. “Yeni Nəsil Texnologiyalar Mərkəzi” və “Rəqəmsal həllər və xidmətlər platforması” yaradılacaq, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq.
“Rəqəmsal Əkiz” modelləri tətbiq olunacaq
Biznesin rəqəmsal iqtisadiyyatda fəal rolunun artırılması üçün kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasının dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin təqdim olunması və xidmətlərin mərkəzləşdirilməsi məqsədilə “KOB evləri” genişləndiriləcək, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların sayı 200-ə çatdırılacaq. Startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi, onların real bazar təcrübəsinə, resurslara və mütəxəssis dəstəyinə əlçatanlığını təmin edən mexanizmlərin və rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasına dəstək məqsədilə vahid internet resursunun yaradılması nəzərdə tutulur.
Motivasiya tədbirləri çərçivəsində rəqmsal startapların sayı 250-yə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq. Bölgələrdə və əsas iqtisadi əməliyyatlarda “Rəqəmsal Əkiz” modellərinin tətbiqi, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda müəssisələr üçün rəqəmsal çərçivələr infrastrukturu qurulacaq.
Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanılıb. Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir. Həmçinin İnnovativ layihələrə ixtisaslı kadrların cəlbini asanlaşdırmaq məqsədilə “Rəqəmsal Səyyah” (digital nomad) və “Rəqəmsal İstedad” vizaları tətbiq ediləcək. Xarici təcrübəli mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya prosedurları sadələşdiriləcək. Ali təhsil müəssisələri və müəssisələr arasında elmi-tədqiqat əməkdaşlığı gücləndiriləcək, texnoloji layihələrə qrant dəstəyi artırılacaq. Xarici İKT şirkətləri və azərbaycanlı diasporası ölkəyə cəlb olunacaq, startap ekosisteminə sərmayə qoyuluşunu həyata keçirən yeni “Fondlar Fondu” yaradılacaq.
Süni intellekt texnologiyalarının tətbiqi
Süni intellekt (Sİ) sahəsində fəaliyyətin gücləndirilməsi üçün infrastrukturun və insan resurslarının inkişafı nəzərdə tutulur. Məqsəd Sİ-nin bütün sahələrdə (təhsil, səhiyyə, nəqliyyat və s.) tətbiqini genişləndirməkdir. Sİ layihələrinə dövlət investisiyasının stimullaşdırılması üçün vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunacaq. Bununla yanaşı, yüksək hesablama güclərinə malik superkompüter mərkəzlərinin yaradılması nəzərdə tutulur (məsələn, milli GPU əsaslı Mərkəz). Dövlət vəsaiti ilə bu infrastruktur təmin ediləcək, startaplar və tədqiqatçılar üçün istifadəyə kvota ayrılacaq.
Rəqəmsal İnkişaf Şurasının Sədri Mehriban Əliyevanın bəyan etdiyi kimi, “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik”.
Beləliklə, Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində hədəf prinsiplərinə çatmaqda mühüm rol oynayacaq. Ölkəmizin qlobal reytinqlərdə mövqeyi yaxşılaşdırılaşaq, beynəlxalq indekslərdə daha yüksək nəticələr əldə olunacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

