Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

02.07.2026 [10:32]

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30