MEDİA “Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrini açıqlayıb
01.07.2026 [16:29]
Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.
Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.
Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
Qeyd edək ki, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

