Hidayətin “Burdan min atlı keçdi” kitabından
16.08.2023 [10:00]
Sabir Əsədov
(1927-2002)
Mən “Sovet Ermənistanı”nda işə başlayanda Sabir Əsədov qəzetin məsul katibiydi, ora İrəvan Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsindən gəlmişdi. İxtisası fəlsəfə idi, Azərbaycan Dövlət Universitetində yaradılmış bu fakültənin, deyəsən, ilk məzunlarındandı,
Heydər Hüseynovun tələbəsi olmuşdu, keçən əsrin altmışıncı-səksəninci illərində bir sıra tanınmış fəlsəfəçilərlə bir kursda, ya eyni dövrdə təhsil almışdı.
Hərtərəfli savadlı idi. Davranışı, mədəniyyəti, hadisələrə, proseslərə, insanlara obyektiv münasibəti ilə seçilirdi. Həqiqətin üstündən heç vaxt keçmirdi. Bu xüsusiyyətləri ilə diqqətimi cəlb edirdi. Desəm-o illərdə münasibətimiz həmişə çox mehriban idi-səmimi olmazdı, aramızda hərdən fikir ayrılıqları, ilk vaxtlarda hətta kiçik incikliklər də baş verirdi, çünki hələ bir-birimizi tanımırdıq, hər ikimiz idarəolunmaz, fikirlərinin üstündə duran, həqiqəti hər anda qoruyan, bəzilərinin anlamında “iddialı” idik, ancaq bir-birimizə olan qarşılıqlı hörmət, ehtiram heç vaxt soyumadı.
Öz sözü, öz fikri olan adam idi. Yazılarında yaxşı, ya zəif nə vardısa özümüzünküydü, kənardan gəlmə, hansısa mənbədən köçürülən nəsə yox idi.
İlk gəncliyimdən belə yaradıcı insanları, jurnalistləri təqdir etmişəm.
Sabir müəllimlə təxminən il yarım bir yerdə işlədik, İrəvandakı fəaliyyətinin sonlarına yaxın özümüzü, mühitimizi daha yaxından anladıq, daha da yaxınlaşdıq, bir-birimizin müdafiəçimizə çevrildik. Bu da çoxlarına “sərf etmədi”, qısqanclıqlar başladı. Onun redaksiyadan və İrəvandan getməsi mənə çox təsir elədi, vəzifəsi deyil, öz yeri-Sabir Əsədovun kürsüsü boş qaldı və o boşluğu heç kəs doldura bilmədi.
Sonralar bir uzun müddət, bəlkə də on ildən çox görüşmədik. Bir dəfə Bakıda - dəmiryol vağzalının qarşısında təsadüfən üz-üzə gələndə salamlaşan kimi:
-Səni ha görmək istəyirdim, çox görmək istəyirdim, televiziyada gördüm, baxdım. Dedim:”Daha gördüm”. Və sakitləşdim.
O görüşdə bir ifadəsi də bu günəcən yadımdadır. Vağzaldan çıxandan arxamca gəlirmiş, əlbəttə, onu görmürdüm, o da məni səsləməyib, baxıb, yerişimə fikir verirmiş. Mən nədənsə dayandım, həndəvərə baxdım və onu gördüm:
-Başını aşağı salıb gedirsən, heç kəsə baxmadan, sakit-sakitcə...-dedi.
Çox mənalı-mənalı tələffüz etdi bu sözləri, sözlərindən çox tələffüzü mənalıydı-məni tutdu, sonra anladım-bu sözlər dərin mənalıymış, mənim həm mənfi, həm də müsbət tərəflərimi ehtiva edirmiş...
Sonra uzun illər tez-tez görüşməsək də, aramızda haqq-salam, xatir-hörmət həmişə yaşadı, üz-üzə gələndə səmimi ağsaqqal və gənc dostlar kimi söhbətləşərdik. Mən Bakıya köçəndən görüşlərimiz intensivləşdi, demək olar, hər ay bir-birimizdən əhval tutduq. Səksəninci illərin ikinci yarısından-yeni erməni təcavüzü başlayandan isə, hər həftə, bəzən hər gün görüşür, bədxah qonşuların törətdiyi yeni terrorlar, yeni deportasiyalar əsas mövzumuz olurdu. “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabının yaranması ideyası da o vaxt meydana çıxdı. Sonralar peyda olan başqa adlar (əslində o kitabın yaranması ilı heç bir əlaqəsi olmayanlar) həmin nəşr hadisəsini (mən onu da, “Didərginlər”i də kitab tariximizdə həqiqətən hadisə sayıram!) böyük bir şöhrət piroqu sayıb, özlərinə bir dilim pay qorparmaq istəyirdilər. Əslində isə o əsərin yaranması ideyası, sturukturu “Gənclik” nəşriyyatının baş redaktoru otağından formalaşdı. İdeyanın müəllifi Sabir müəllim idi. Tarixçi-alim İsrafil Məmmədovun bu kitabın yaranmasında xidmətləri deyilməlidir. Ən çox zəhməti isə Sabir Əsədov çəkdi.
Kitabın adı barədə götür-qoy etdik. “Qərbi Azərbaycanın tarixi coğrafiyası” adı üzərində çox düşündük. Ancaq risk etmədik, o dövrün siyasi-inzibati motivlərinə görə yox, bu ad o vaxt anlaşılmaz, bəlkə heç qəbul edilməzdi, ona görə “Ermənistan azərbaycanlıları” ifadəsinə üstünlük verdik. Sonralar kitabın rus dilində variantı hazırlananda adı “İstoriçeskaya qeoqrafiya Zapadnoqo Azerbaydjana” (“Qərbi Azərbaycanın tarixi coğrafiyası”) qoyuldu.
Bu toplu birdən-birə, necə deyərlər, yox yerdən gəlmədi dünyaya. Sabir müəllim özü dönə-dönə deyirdi ki, hər şey hələ 1990-cı ildə dünya işığına çıxan irihəcmli “Didərginlər” kitabından başladı. Yeri gəlmişkən, həmin topluya onun erməni millətçi-təcavüzkarlarını ifşa edən “Ömür yaddaşı” adlı dəyərli məqaləsi daxil edilmişdi. O dövr üçün çox iri həcmli dörd yüz səhifəlik bu kitabda son 200 ildə bədnam qonşularımız tərəfindən xalqımıza qarşı törədilmiş deportasiyalar, qırğınlar, etnik təmizləmə prosesləri əsaslı faktlarla və arqumentlərlə təqdim olunmuşdu.
Ancaq hələ sovet dövrüydü, baş redaktor olsam da, əsəri məlum qadağalaradan keçirməyə tək mənim gücüm çatmaya bilərdi, ona görə də o dövrün görkəmli, nüfuzlu yazıçılarına bu mövzuyla bağlı söz demələri üçün müraciət etdim. İlk məsləhətləşdiyim Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı oldular, xahişimi məmnuniyyətlə yerinə yetirdilər, iki-üç günə məqalələrini mənə göndərdilər. Hüseyn Abbaszadə, Əzizə Cəfərzadə, Qabil, Sabir Rüstəmxanlı və başqaları da sözümü yerə salmadılar, qısaca vaxtda ürək sözlərini təqdim etdilər. Kitabda Budaq Budaqov, İsa Həbibbəyli, Azad Şərifov, Həsən Balıyev, Tahir Talıblı, Qulu Kəngərli və başqa tanınmış alimlərin, jurnalistlərin yazıları, həmçinin, Ermənistan SSR Ali Sovetinin 13, yerli sovetlərin 176 azərbaycanlı deputatının müraciətləri yer almışdı.
Ancaq bütün bunlar da kitabın sovet senzurasından - “Qlavlit”indən sağ-salamat çıxmasının təminatı deyildi. Ona görə də Bəxtiyar Vahabzadəyə yenə müraciət etdim: xahişim onun kitaba rəyçi olması idi. Dərhal razılaşdı.
-Vaxt azdır, belə kitablar nə qədər tez çıxsa yaxşıdır. Əlyazmanı indicə göndərirəm,- dedim.
-Vaxt itməsin, mən sənə inanıram, əgər imzam lazımdırsa, titul vərəqini göndər, imzalayım.
-Sizin sözünüz kifayətdir, Bəxtiyar müəllim!
Kitabın titul vərəqində yazıldı:
“Tərtib edən-Hidayət.
Rəyçi-Xalq şairi, Azərbaycan SSR EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadə”.
Əlyazması mətbəəyə göndərildi. Linotipçilərin, səhifə bağlayanların, yığım daşıyanların, digər sadə işçilərin bu kitab üzərində necə həvəslə, canyanğısıyla çalışdıqlarını, nəşrin tez başa gəlməsi üçün dəridən-qabıqdan çıxdıqları indiyəcən gözlərimin önündən getmir. Görünməmiş çox qısa vaxtda çapa imzalandı, səksən min tirajla (bu say kitabların bizim bu günlərə nisbətən çox böyük tirajla nəşr olunduğu o vaxtların özündə də fantastik göstərici idi) çap olundu, siqnal nüsxələri çıxdı, təyinatlı vacib ünvanlara göndərildi. Lakin tirajın buraxılmasına, yumşaq desək, tələsmədilər.
Ardı növbəti sayımızda…
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

