Dini təhlükəsizlik...
07.07.2023 [11:20]
Media necə fəaliyyət göstərməlidir?
Jurnalistlərin diqqət yetirməsi vacib olan məqamlar...
Yeganə BAYRAMOVA
Hazırda qloballaşmanın gerçəkliyə çevrildiyi, inteqrasiyanın geniş vüsət aldığı, eyni zamanda, böyük miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Nə qədər qəribə olsa da, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır.
Sirr deyil ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən vasitəyə çevrilməkdədir. Bu baxımdan dini təhlükəsizlik milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir. Yaxın Şərqdə baş verən proseslər bir daha göstərir ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək olar. Bu baxımdan dinin mahiyyətinə diqqət yetirmək yerinə düşər: Din insanı mənəvi kamilliyə aparan, ona doğru yola yönəldən, ədalətli, mərhəmətli və xüsusilə də vicdanlı olmağı əmr edən ilahi dəyərlər sistemidir.
Hər bir ölkədə dini ideoloji təhlükəsizliyin təmin edilməsində media böyük rol oynayır. Bu baxımdan media orqanları dini mövzulara diqqətli və həssas yanaşmalıdır. Ümumiyyətlə, dini sahənin mediada işıqlandırılması ilə bağlı ekspertlər tərəfindən səsləndirilən fikir və təkliflər müxtəlifdir. Bəzi ekspertlər təklif edirlər ki, dini sahədən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Hətta təklif edilir ki, jurnalistlərin bu sahə ilə bağlı məlumat əldə etməsi üçün ali məktəblərin jurnalistika fakültələrində “Dini biliklərin əsasları” fənni tədris olunmalıdır.
Unutmayaq ki, ölkəmizin yerləşdiyi geosiyasi və geoiqtisadi mövqe bəzi ölkələrlə müqayisədə onu idarə etməyi daha da çətinləşdirir. Azərbaycan qlobal maraqların toqquşduğu bir regionda yerləşir. Azərbaycan uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan müsəlman ölkəsidir. Şübhəsiz ki, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, ictimai-siyasi sabitliyi təmin etmiş, günü-gündən müasirləşən və nüfuzu artan bir müsəlman ölkəsini istəməyən qüvvələr də az deyil. Ölkəmizin multikultural dəyərləri ilə dünyada islamofobiya adı altında müsəlman ölkələrinə yönəlmiş tənqid və etirazları puça çıxarması ona qarşı təhdid və təzyiqlərin daha da artması ilə nəticələnib. Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi İslam ölkələri daxilində də bu məkrli niyyətlərə dəstək verən qüvvələr mövcuddur...
Jurnalistlərin üzərinə böyük vəzifə düşür
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Deputat qeyd edib ki, jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər: “Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Bu gün məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyaları geniş müşahidə edilir. Cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranması arzuolunmaz haldır. İdeoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər. Ümumiyyətlə, media nümayəndələri dini mövzuda yazı hazırlayarkən məsələyə həssaslıqla yanaşmalı, dindən sui-istifadə, dini siyasiləşdirmə cəhdlərinin qarşısını almalıdırlar”.
KİV-in dəstəyinə güvənirik
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda dini münasibətlərin tarixinə nəzər saldıqda, xalqımızın qədim dövrlərdən digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyi, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının olmadığını görmək mümkündür: “Təəssüf ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı ciddi mübarizə aparılır. Belə dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə KİV-in dəstəyinə güvənirik”.
Azərbaycan çoxkonfessiyalı ölkədir
Ölkəmizdə dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyini vurğulayan millət vəkili Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu da diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Bu gün ölkəmizdə din sahəsinə xüsusi qayğı göstərilir, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı tam təmin olunur, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub. İbadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına əlverişli şərait yaradılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkənin əsas qanununda bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu qeyd olunmaqla, ölkədə hər hansı bir dinin digərindən üstün olmadığı təsbit edilib. Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Komitənin təşkilatçılığı ilə dini icmaların bu sahəyə diqqətinin yönəldilməsi, icmalara maliyyə vəsaitlərinin ayrılması nəticəsində Azərbaycanda dövlət və din münasibətləri yüksələn xətlə inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət-din siyasəti sayəsində ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur. Təsadüfi deyil ki, ölkəmizin bu nümunəvi dövlət-din münasibətləri modeli digər dövlətlər tərəfindən də öyrənilir və tədqiq olunur”.
Jurnalistlər ictimaiyyəti çaşdırmamalıdır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Samid Quliyevin sözlərinə görə, İslam Azərbaycan mədəniyyətinin, Azərbaycan mədəniyyəti isə İslam mədəniyyətinin tamamlayıcısıdır: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, din milli-mənəvi sərvətimizdir. Milli-mənəvi dəyərlərimiz, hətta İslam dini ilə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyənləşdirmək qeyri-mümkündür.
Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir. Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”.
Ən optimal yol maarifləndirmədir
S.Quliyev bildirib ki, mətbuat orqanları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir: “Azərbaycanda müstəqillik dövründən bəri işıq üzü görən dövlət və müstəqil media orqanlarında təcrübə və peşəkarlığın yüksək səviyyədə olması nöqteyi-nəzərindən dini mövzularla bağlı ciddi çətinlik yaşanmır. Azərbaycandakı ənənəvi KİV-lərdə ictimai nəzarəti təmin edən qurumların mövcud olması, aparıcı media qurumlarının fəaliyyətində dini məsələlərə yanaşmada həssaslığın qorunub saxlanması burada xüsusi rol oynayır”.
Terrorçunun nə milliyyəti, nə də dini olur
QMİ nümayəndəsi qeyd edib ki, son illərdə internet medianın sürətlə genişlənməsi, sosial şəbəkələrin populyarlaşması din sahəsində qarşıya müəyyən çətinliklər çıxarır: “Bəzən dini dəyərlərin yanlış təbliği, fərqinə varmadan radikal təmayüllü cərəyanların mövqeyinin tirajlanması, həmçinin dinə və ya adət-ənənələrə qarşı hörmətsizlik hallarının baş verməsi insanlarda ciddi narahatlıq yaradır. Bəzi media orqanlarında bu sahədə daha çox rast gəlinən nöqsanlardan biri dindar təbəqəni qıcıqlandıracaq ifadələrin işlədilməsidir. Xüsusilə Yaxın Şərqdə baş verən son münaqişələr, Avropanın bəzi dövlətlərində törədilən terror aktları zamanı bir sıra imperialist mərkəzlər və maraq qrupları tərəfindən dövriyyəyə buraxılan “islamçı terrorçular”, “müsəlman terrorçular” və s. ifadələrin bizim sosial mediada da görsənməsi yanlışdır. Ona görə ki, terrorçunun nə milliyyəti, nə də dini olur”.
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

