Ərdoğanın hakimiyyəti dövründə...
04.05.2023 [10:30]
Türkiyə Türk və İslam dünyasında barışdırıcı dövlətə çevrildi
Günel ABBASOVA
Son 20 ildə Türkiyənin keçmiş olduğu yola diqqət yetirsək görərik ki, həm beynəlxalq siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlıq sistemində tamam yeni bir obrazda çıxış edir. Hər şeydən əvvəl Türkiyənin beynəlxalq siyasi proseslərə təsir imkanları əhəmiyyətli dərəcədə genişlənib. Nəzərə almaq lazımdır ki, dünyada baş verən münaqişələrin, cərəyan edən siyasi proseslərin təxminən 80 faizi birbaşa Türkiyəyə təsir edir. Ona görə də belə şərtlər daxilində ölkəni təkcə regional deyil, həm də qlobal gücə çevirmək çox böyük iradə tələb edir. Bütün bunlar da hazırkı iqtidarda mövcuddur. Türkiyənin keçmiş və gələcək perspektivlərinin, inkişafının şərhinə davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2000-ci illərdə Türkiyənin xarici ixracı təxminən 36 milyard dollar təşkil edirdi: “Bu gün isə bu rəqəm 250 milyard dollara bərabərdir. Təxminən yeddi dəfədən artıq fərq yaranıb. Türkiyənin hərbi sənayesi yox səviyyəsində idi. Bu gün Türkiyə dünyanın ən güclü hərbi sənayelərindən birinə malikdir. Türkiyə hərbi sənaye məhsullarını çox aktiv şəkildə beynəlxalq bazarlara ixrac etməkdədir. Türkiyə geosiyasi anlamda öz milli maraqlarını çox uğurla müdafiə etməkdədir. Ərdoğan balkanlara Osmanlının ortaq tarixi üzərindən, yaxın Şərqə İslam amili üzərindən, Mərkəzi Asiyaya türk kökənliyi üzərindən, Afrikaya heç bir maraq güdmədən yardım təşəbbüsləri üzərindən yol tapa bilib. Türkiyənin bu bölgələrdə olduqca pozitiv obrazını formalaşdıra bilib. Ərdoğanın rəhbərliyi dövründə Türkiyə bütün İslam dünyasında, Türk dünyasında barışdırıcı bir dövlət statusunu qazanmış oldu. Bundan sonra da həm ayrıca olaraq türk coğrafiyası üçün, həm də bütövlükdə, İslam dünyası üçün Türkiyənin qarşıda verə biləcəyi çox böyük töhvələr var. Ona görə də, bütün türk və İslam dünyası üçün Türkiyənin hazırkı kursunun davam etdirilməsi çox vacibdir. Bu kursu davam etdirəcək tək lider Ərdoğandır. Çünki Ərdoğanın əsas opponenti tamam fərqli siyasət yürüdəcəyinin anonsunu açıq mətnlə verməkdədir. Bu müxalifətin vermiş olduğu mesajlar bütövlükdə, Türkiyənin milli maraqlarına xələl gətirə bilər”.
Deputat qeyd edib ki, Türkiyənin yenidən parlamentli respublika sisteminə qayıtması ilə bağlı fikir mövcuddur: “Amma prezidentli respublikaya keçid Türkiyənin müstəqilliyinin əsas təminatçısı oldu. Çünki parlamentli respublika dövründə Türkiyə müstəqil siyasət yeritmək imkanından praktiki olaraq məhrum idi və kənar güclər parlament qüvvələri vasitəsilə ölkənin xarici siyasətinə, hökumətin idarə olunmasına birbaşa təsir göstərir, Türkiyəni yönləndirirdilər. Ancaq Ərdoğanın təşəbbüsü, iradəsi sayəsində Türkiyə prezidentli respublikaya keçdi. 2017-ci ildə keçirilmiş referendum Türkiyə dövlətçiliyində yeni bir keyfiyyət mərhələsini şərtləndirdi. Türkiyə qısa zamanda tam müstəqil öz maraqlarına uyğun fəaliyyət göstərməyə başladı. Əhəmiyyətli dərəcədə ölkənin idxaldan asılılığının azaldılması istiqamətində təsirli addımlar atıldı. Bu gün Türkiyə dünya bazarına kifayət qədər böyük həcmdə, müxtəlif cinsdə məhsulları ixrac edir. Bütün bunlar Ərdoğan hakimiyyəti dövründə Türkiyənin qazanmış olduğu çox böyük uğurlardır. Ən əhəmiyyətli hadisələrdən biri də çox yaxın keçmişdə baş verdi. Türkiyə özünün milli avtomobil brendini istehsal etməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyevə də Türkiyənin ilk avtomobil brendi olan “Togg” hədiyyə edildi. Hesab edirəm ki, Türkiyənin ümumimilli iqisadi inkişafının, ayrıca olaraq da beynəlxalq münasibətlər sistemində Türkiyənin öz yerini gücləndirməsi istiqamətində Ərdoğanın bundan sonra atacağı daha təsirli addımlar var. Ərdoğanın yenidən prezident seçilərək başlamış olduğu çox mühüm, Türkiyənin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən prosesləri davam etdirməsi, həm Türkiyə xalqı və dövləti üçün, həm də bütün türk, islam dünyası üçün olduqca vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16

