/ / Yeni Azərbaycan Partiyası "Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib
Yeni Azərbaycan Partiyası "Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib
05.04.2023 [19:24]
Yeni Azərbaycan Partiyası “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi elan edir
Müsabiqənin məqsədi Ümummilli lider Heydər Əliyevin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılanması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq yazılar aşağıdakı nominasiyalardan biri üzrə hazırlanmalıdır:
- Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi
- Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu
- Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
Müsabiqədə iştirak
Ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazının mövzusu təklif olunmuş nominasiyalardan birinə uyğun olmalıdır;
2. Müsabiqə iştirakçısı yalnız bir nominasiya üzrə yazı təqdim edə bilər;
3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
Yazıların qəbulu qaydaları
1. Yazı mətbu orqanda dərc olunduğu təqdirdə nəşrin 1 nüsxəsi, internet media resursunda dərc olunduğu halda isə müvafiq keçid – link təqdim edilməlidir;
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 4 nüsxə
4. Yazıların həcmi: A3 formatında 1 səhifə (9-11 min işarə)
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsinin surəti
Jurnalist vəsiqəsinin surəti
Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər bir nominasiya üzrə I, II və III yerlər olmaqla üç iştirakçı mükafatlandırılacaq.
I yer - 700 manat
II yer - 500 manat
III yer - 300 manat
Müsabiqədə iştirak üçün yazıların qəbulu 1 iyun 2023-cü il saat 18:00-dək davam edəcəkdir.
Tələb olunan sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.
Əlaqə telefonları: 012 490 80 33 / 077 440 02 00
Elektron ünvan: yapmetbuat@mail.ru
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

