Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin anadan olmasının ildönümündə bəyanat yayıb
21.03.2023 [13:58]
Bəşəriyyətin bu gün qeyd etdiyi Ümumdünya Poeziya Günü və sülh, barışıq və humanizm dəyərlərini aşılayan Novruz bayramı Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlılar üçün xüsusi məna kəsb edir. Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) doğum günüdür.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda deyilir: “1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgər aşıq sənətinə Göyçə aşıq məktəbinin digər böyük ustadı Aşıq Alının himayəsi altında yiyələnib.
Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib. Onun ana dilinə və doğma təbiətinə məhəbbətlə aşılanmış, dərin təəssürat doğuran vətənpərvər yaradıcılığı sərhədsiz ifadə imkanlarının parlaq sübutu kimi dayanır. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilib.
Aşıq Ələsgər fədakar və istedadlı tələbələri olan məktəb yaratmış və onun irsi görkəmli şair, yazıçı nəsillərini və oxucuları ilhamlandırdır. Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb.
Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunub. Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. Bu gün biz - Ermənistandan qovulmuş azərbaycanlılar, yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin doğum gününü fəxarətlə qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq.
Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün beynəlxalq ictimaiyyətə etdiyimiz müraciətlər cavabsız qalıb. Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Ermənistana müvafiq mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik.
Azərbaycan ictimaiyyətinin UNESCO-ya Azərbaycanın mədəni irsinin vəziyyətinin monitorinqi üçün Ermənistana missiya göndərilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.
Ermənistanın etnik təmizləmə siyasəti təkcə mədəni abidələrimizə deyil, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə də böyük ziyan vurub. Odur ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək etmək Ermənistan tərəfindən dağıdılmış və təhlükə altına alınmış mədəni irsin bərpası və qorunması baxımından da bəşəriyyətin qarşısında duran ümdə vəzifədir.
Bütün bunları nəzərə alaraq, biz beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə, dağıdılmış mədəni irsimizin bərpa edilməsinə yardım etməyi xahiş edirik”.
Bundan əlavə, İcma Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edir.
İcma, həmçinin Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya çağırış edir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

