FHN-nin Türkiyədə olan növbəti axtarış-xilasetmə qrupu bu gün Bakıya yola salınıb
08.03.2023 [13:16]
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədə olan 760 nəfərlik çevik xilasetmə qüvvələrinin növbəti üçüncü qrupu təyyarə ilə bu gün Bakı şəhərinə yola salınıb.
Bunu “Yeni Azərbaycan”ın Türkiyə bürosuna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) ictimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı açıqlamasında bildirib.
Turqay Abbaslı deyib ki, FHN zəlzələ bölgəsində 10 nöqtədə çadır şəhərçikləri qurub: “Türkiyədə zəlzələdən zərər çəkmiş insanlar üçün tibbi personalımızın da daxil olduğu 310 nəfərlik heyət güclü zəlzələnin episentri olan Kahramanmaraş şəhərindədir, amma az bir qism qalıb ki, onlar da bu gün və sabah quru yolla Azərbaycana yola düşəcəklər. Həmin şəhərcikdə yaşayan insanları azərbaycanlı heyət mobil səhra mətbəxi vasitəsilə isti yemək və çayla təmin edirdi. Fevralın 28-i Türkiyə Daxili İşlər Nazirliyinin müavini və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri Hatayda beynəlxalq xilasedici qruplarla bir araya gələrək onlara ayrı-ayrılıqda təşəkkür etdilər və yola salma mərasimi oldu. Hatayda olan 114 nəfərdən ibarət Azərbaycan axtarış-xilasetmə heyəti də Kahramanmaraş şəhərinə gəldi, hazırda isə heyətimizdən növbəti bir qrup Azərbaycana getmək üçün aeroporta yola düşür”.
Turqay Abbaslı deyib ki, Türkiyənin son təbii fəlakət bölgəsinə xarici ölkələrdən yardıma gələn heyətlər ərazini tərk etsə də, Azərbaycan yeganə ölkədir ki, fəaliyyətini bu günə qədər davam etdirib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, ilk gündən FHN əməkdaşları buradadır. Biz AFAD ilə koordinasiyalı şəkildə fəaliyyət göstəririk, artıq axtarış-xilasetmə qrupunun köməyinə ehtiyac qalmadığı üçün Azərbaycana dönürük”
Turqay Abbaslı onu da əlavə edib ki, fevralın 6-da xilasediciləri Türkiyəyə gələrək zəlzələnin episentri olan Kahramanmaraşda fəaliyyətə başlayıblar, ümumilikdə 53 nəfərin sağ, 780 nəfərin isə cansız bədənini çıxarıblar: “İndiyə qədər FHN-nin istər yerli, istərsə də bir çox xarici xilasetmə əməliyyatlarında iştirak etmişəm. Amma ən son Türkiyədə baş verən zəlzələ gördüyüm ən böyük fəlakətdir. Təbii ki, insanları xilas edəndə çox sevindirici duyğular yaşanır. Amma xilasetmələr zamanı o qədər acınacaqlı hadisələr gördük ki, sözlə ifadə etmək mümkün deyil. Allah Türkiyə xalqına bir də belə bir fəlakət göstərməsin.”
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

