Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Livanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Livanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

05.06.2026 [15:29]

Livan Respublikasının Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək".

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30