Dedilər ki, AZƏRTAC heç nə verməsin...
08.03.2023 [10:10]
(Əvvəli ötən sayımızda)
- Heydər Əliyev indi Türkiyənin Azərbaycandakı səfirliyinə gedir. Mətbuat nümayəndələrindən kim istəyirsə, gedə bilər.
Tanış səs idi. İstər-istəməz dönüb baxdım, o da baxdığımı görüb bığaltı gülümsədi:
- Aslan, siz dövlət agentliyinin nümayəndəsi kimi yəqin orada olmalısınız.
- Haqlısınız, Aqşin müəllim, mən də gedirəm.
Milli Məclisin mətbuat katibi Aqşin Babayevlə biz uzun illər bundan qabaq tanış idik. O, Azərbaycan Televiziyasında məsul vəzifələrdə işləmişdi, bir sıra maraqlı əsərləri ilə tanınırdı.
İsmailiyyədən Yazıçılar Birliyinədək yol elə də uzaq deyil. Amma Aqşin müəllim əvvəlcədən tədbir görmüşdü. Biz onun köhnə “QAZ-24”-nə oturduq.
- Sür bala, biz tez çatmalıyıq. Türkiyə səfirliyi Yazıçılar Birliyi ilə qonşuluqdadır, - deyə Aqşin Babayev sürücünü tələsdirdi.
Gecikmədik, səfirliyin binası qarşısına başqaları ilə daban-dabana çatdıq. Hamımız Türkiyə səfiri Altan
Karamanoğlunun iş otağının qarşısına toplaşdıq. Heydər Əliyev görünən kimi hamı özünü yığışdırdı. Bu dahi insanın oturuşu-duruşu da, baxışı və danışığı da sanki ilahi bir vergi idi. O gəldi və araya dərin sükut çökdü. Hamının diqqəti ona yönəldi. Bu sükut get-gedə uzanırdı. Bəzi xəlvəti baxışlar səfirin kabinetinin kip örtülmüş qapısına yönəlmişdi. Səfir isə hələ otaqda idi. Heydər Əliyev ona yaxın dayanmış jurnalistləri söhbətə çəkdi. Bugünkü tədbirdə mənimlə birgə iştirak edən dilli-dilavər fotomüxbirimiz Oqtay Məmmədov sanki heç kimə danışmaq imkanı vermək istəmir, elə bir ucdan doğrayıb tökürdü.
- Bəs sən hansı təşkilatdansan? Hamı danışır, amma sən heç dinmirsən?
Sual mənə ünvanlanmışdı. Başımı qaldırıb Heydər Əliyevə tərəf baxanda onun nüfuzedici baxışlarını gördüm. Sanki məni ildırım vurdu, dilim tutuldu.
- AZƏRTAC-dandır, Heydər müəllim, - Oqtay dadıma çatdı.
- Demək, AZƏRTAC-dansan. Görürəm, səhər tezdən bizimlə bir yerdəsən.
- Bəli, - asta səslə dilləndim .
- Nəsə yazmısan? - gülümsəyərək mehribancasına soruşdu.
Mən bloknotumu vərəqləmək istəyəndə dedi:
Ver görüm nə yazmısan.
Mən həyəcandan pörtmüş halda birinci vərəqi açıb ona tərəf uzatdım.
İnformasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev yazdıqlarımı oxuyub təbəssümlə soruşdu:
- Elə bilirsən sənin rəhbərlərin bunu buraxacaq?
Bu vaxt səfir foyeyə çıxdı. Heydər Əliyevi üzrxahlıqla kabinetinə dəvət etdi.
Bəlkə də bu, bir tale qisməti idi. O gündən 30 ilə yaxın vaxt keçib. Mən bu barədə çox fikirləşmişəm. Qənaətim belədir ki, bu tarixi şəxsiyyət Tanrı payı idi, insanlara münasibətdə heç vaxt yanılmırdı. O gündən başlayaraq, 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi bütün tədbirlərinin - görüşlərin, qəbulların, xarici ölkələrə səfərlərin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak etdim və onlar barədə xəbərlərin mətbuatda işıqlandırılması üçün əlimdən gələni əsirgəmədim.
Səfirlikdən çıxıb agentliyə gələndə yadıma düşdü ki, bu gün nə çay içmişəm, nə də nahar etmişəm. Amma qəlbən çox rahat idim. Zarafat deyil, dahi bir insanla lap yaxından təmasda olmuşam. Sonralar söz düşəndə Oqtay yarızarafat, yarıciddi deyirdi: “Bura bax, Heydər Əliyevlə səni mən tanış etməmişəm?”.
Düz sözə nə deyəsən? Mənim sonrakı 30 illik həyatım məhz həmin gündən başladı. Nəinki mənim, elə Azərbaycanın da gələcək taleyi həmin günlərdə həll olunurdu.
93-cü ilin iyun günlərində Azərbaycan dərin böhran içərisində boğulurdu. Sabah nə olacaq? Bu ağır, acınacaqlı vəziyyət nə qədər çəkəcək? Ümidlərin qırıldığı, öləzidiyi bir vaxtda Heydər Əliyev axır ki, xalqın təkidli çağırışlarına cavab verərək Bakıya gəldi. Eşidib bilənlərin qəlbində ümid qığılcımları yaranmağa başladı. Elə bizim agentlikdə də bir-iki nəfərdən başqa hamı çox nigaran idi.
Qapıya çatanda qarovulçunun canfəşanlıq göstərməsindən hiss etdim ki, məni səbrsizliklə gözləyirlər.
- Aslan, yuxarı qalxma, hamı qəbul otağına yığışıb, səni gözləyirlər. Oqtay da bir az bundan qabaq gəldi, oradadır.
Mən baş direktorun kabinetinə girənə qədər Oqtay əslində hər şeyi danışmışdı.
Agentliyin rəhbər heyətinin hamısı orada idi. Bütün ölkədə olduğu kimi, bizim kollektivdə də əksəriyyət bu fikirdə idi ki, gənc, müstəqil respublikanı uçuruma yuvarlanmaqdan yalnız Heydər Əliyev xilas edə bilər.
Akademiyanın Rəyasət Heyətindəki görüşdən bir xeyli danışdıq, söhbət qızışanda həmişəki kimi Şamil müəllim yekun vurdu:
-Ay yoldaşlar, işlər tökülüb qalıb, bayaqdan bir xəbər də buraxılmayıb, axşam düşüb, belə olmaz axı.
Baş direktor öz müavininin sözünə dəstək verdi:
- Hamı iş başına.
Mən otaqdan çıxanda bir daha soruşdum:
- Bugünkü materialları buraxılışa verim?
- Yox, bir az bundan əvvəl yenə soruşmuşam. Dedilər ki, AZƏRTAC heç nə verməsin.
Yazdığım xəbərlər buraxılmadı. Amma Heydər Əliyevin 1993-cü il iyunun 11 - də Bakıda keçirdiyi ilk görüşdən çəkilmiş fotoşəkilləri mən bu gün də əziz xatirə kimi saxlayıram.
Heydər Əliyevin Bakıya qayıtması, bir sıra görüşlər keçirməsi ilə bir qədər rahatlıq tapan xalqın gözü həmin günlər Gəncəyə dikilmişdi. İyunun 4-də hərbi müxalifətlə hökumət qüvvələri arasında atışma faciə ilə nəticələnmişdi. Ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Heydər Əliyevi də düşündürən əsas məsələ bu idi: genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini necə dayandırmalı? İyunun 13-də o, Gəncəyə getdi, Sürət Hüseynovla, ağsaqqallarla, ziyalılarla görüşdü, hadisənin baş verdiyi hərbi hissədə oldu. Yaranmış böhranlı vəziyyət çox ağır idi. Heydər Əliyev bir daha əmin oldu ki, xalqı gözlənilən fəlakətdən xilas etmək üçün yeganə yol nə qədər səriştəsiz, ağılsız olsalar da bu iqtidarla birgə işləməkdir, yəni başqa çarə yoxdur. O, mövcud iqtidarla işləməyə razılıq verdi, düşünülmüş, müdrik addımlar atmağa başladı.
İyunun 14-də Şamil müəllim məni yanına çağırdı. Bizim iş otaqlarımız yan-yana idi. Əvvəlki kimi qaş-qabaqlı deyildi, nə qədər çox işləsə də, üz-gözündə bir rahatlıq vardı. Mənə növbəti tapşırıq verdi:
- Sabah Ali Sovetin fövqəladə sessiyası olacaq. Baş direktor da, mən də belə qərara gəldik ki, sən gedəsən.
İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla da Azərbaycan xalqının tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin gün Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil oldu.
(Ardı var)
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17

