Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 13-cü iclası keçirilib
06.03.2023 [17:54]
Martın 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 13-cü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, habelə ölkədə qəbul edilən dövlət proqramları və strategiyaların DİM-lərə uyğunlaşdırıldığını, bu istiqamətdə xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyini diqqətə çatdırıb.
Eyni zamanda, DİM-lərin maliyyələşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla layihələrin davam etdirildiyi, bu istiqamətdə BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “İnteqrə Olunmuş Milli Maliyyələşdirmə Çərçivəsi”ndə Azərbaycan Hökumətinə yaşıl iqtisadiyyata keçid, bu istiqamətdə boşluqların və investisiya istiqamətlərinin müəyyən edilməsi ilə bağlı texniki dəstəyin göstərildiyi bildirilib. Görülmüş işlərin yekunu olaraq, DİM-lərin həyata keçirilməsi üzrə 2022-Dayanıqlı İnkişaf Hesabatında Azərbaycanın mövqeyinin 5 pillə irəlilədiyi göstərilib. Bununla yanaşı, Şura sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr edilmiş sammiti çərçivəsində səsləndirdiyi minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə bağlı təkliflərinin reallaşdırılması istiqamətində Şura tərəfindən müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
İclasda “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn DİM göstəriciləri üzrə mövcud vəziyyət və yeni göstəricilərin prioritetləşdirilməsi imkanları” mövzusunda Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov çıxış edərək, 2022-ci ildə DİM göstəriciləri üzrə qlobal metodologiyalar öyrənilərək müvafiq dövlət orqanları ilə birgə 5 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunduğunu, bununla da məlumat istehsalı təmin edilmiş, milli prioritet kimi müəyyənləşdirilmiş göstəricilərin sayının 86-ya çatdırıldığını ifadə edib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2022-ci il üzrə yekun Hesabat və “2023-ci il ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən geniş təqdimatlar edilib. O, 2023-ci il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində 36 tədbirdən ibarət Fəaliyyət Planının hazırlandığını bildirib. O cümlədən, Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr edilmiş sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidentinin minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə bağlı təklifinə dair yerli və beynəlxalq arenada təbliğat və təşviqat tədbirlərin həyata keçirilməsi istiqamətində tədbirlərin Fəaliyyət Planına daxil edildiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2022-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat və “2022-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət planı” Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, DİM göstəriciləri ilə bağlı milli prioritetlərin yenilənməsi və maarifləndirmə tədbirlərinin davam etdirilməsi, dövlət büdcəsinin DİM-lərə inteqrasiyası ilə bağlı bir sıra tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

