Ksenofobiya artır, islamofobiya güclənir
31.01.2023 [11:01]
Nicat Dilqəmli
Bir neçə gündür ki, ABŞ-da və bir sıra Avropa ölkələrində irqçi hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Elə bu ay Stokholmda Quranın yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsini bir daha nümayiş etdirmiş oldu. Bundan başqa, son dövrlər Türkiyə əleyhinə geniş təbliğatın aparılmasına da şahidlik edirik. Qeyd edilən məqamlar isə təbii ki, həm ABŞ, həm də Avropaya üz tutan vətəndaşların təhlükəsizlik məsələsini yenidən aktuallaşdırır. Məhz bu səbəbdən də artıq bir neçə dövlət öz vətəndaşlarını baş verə biləcək neqativ hallardan qorunmağa çağırıb. Ötən gün ABŞ-ın Türkiyədəki səfirliyi terror xəbərdarlığı ilə çıxış edib. Avropa ölkələrində irqçi hücumların və türklər əleyhinə təbliğatın geniş vüsət alması səbəbindən Avropada yaşayan və ya oraya səfər edən Türkiyə vətəndaşlarına maksimum dərəcədə ehtiyatlı olmaq tövsiyə edilib.
Türkiyə hökuməti, həmçinin ABŞ-a səfər edənlərin etirazlardan uzaq durmalarını tövsiyə edib.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov baş verən hadisələri Avropa ölkələrində və Amerikada islamlaşma meyillərinin artması ilə əlaqələndirib: “Bizim müqəddəs kitabımız özündən əvvəlki səmavi dini kitabların hamısını qəbul edir. Biz bütün dinlərlə birgəyaşayışa, həmin dinlərə hörmətlə yanaşmaya tarix boyu mövqeyimizi sübut etmişik. Ancaq çox təəssüf ki, bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-da belə hallar olur və olmaqda da davam edir. Vaxtaşırı islam dininə qarşı bir barışmazlıq mövqeyi sərgilənir. İslamın müqəddəs kitabının yandırılması, Peyğəmbərin təhqir olunması, dinimizə qarşı hörmətsizlik, bir sıra Avropa ölkələrində məscidlərə hücum, ibadət yerlərinin murdarlanması, yandırılması kimi bir sıra belə halların şahidi oluruq. Təbii ki, bu, xoşagələn hal deyil.
Ancaq bütün bunlara baxmayaraq islam dini ilə tanış olanların sayı getdikcə artmaqda davam edir. Və bu, xristian dünyasını bir növ təşvişə, qorxuya salır. Bunun səbəbi isə Avropada, Amerikada islamlaşma meyillərinin getdikcə artmasıdır. Baş verən hadisələr də əsasən bu zəmindədir. Bir də islam dünyasının güclənməsi onları narahat edir. Çox təəssüf ki, bu gün islam dünyasının güclənməsində, birləşməsində özünün “töhfə”lərini verən İran kimi bir dövlət var. Ancaq buna baxmayaraq, Türkiyə və başqa bir sıra güclü müsəlman dövlətləri də var. Və dinimizin keşiyində hər birimiz dayanmalıyıq və dayanırıq da”.
E.Məmmədov xaricdə yaşayan həmvətənlərimizə çağırış edərək onları baş verən proseslərə daha diqqətlə yanaşmağa, daha da ehtiyatlı davranmağa səsləyib: “Təbii ki, hər bir dövlət, o cümlədən, Azərbaycan özünün xarici ölkələrdə yaşayan vətəndaşlarının qorunması üçün müəyyən tədbirlər görür. Elə bu ayın 27-də İranda səfirliyimizə qarşı terror aktı törədildi. Belə hadisələrin baş verməməsi üçün mühafizə xidmətləri gücləndirilməlidir, soydaşlarımız diqqətli, ayıq-sayıq olmalıdırlar. Dövlət xaricdə yaşayan hər bir vətəndaşının yanında dayana, onun təhlükəsizliyini təmin edə bilməz. Burada təhlükəsizliyin təmin olunması artıq vətəndaşın özünün üzərinə düşür. O dövlətlə olan münasibətlərdən baş çıxarmaq, proseslərə diqqətlə yanaşmaq və özünün, ailəsinin təhlükəsizliyi üçün tədbirlər görmək, ehtiyatlı olmaq lazımdır”.
“Bir neçə başqa dövlətlərdə də belə hallar olub və nəhayət, sonuncu İranda baş verdi. Arzuolunandır ki, bu, sonuncu olsun. Bütün bunlar bizə onu deməyə əsas verir ki, baxmayaraq ki, 1961-ci il Konvensiyasında diplomatik nümayəndəliklərin qorunması, müdafiə olunması həmin dövlətin üzərinə qoyulur, arxayın olmamalıyıq. Özümüz də təhlükəsizlik, müdafiə sistemlərimizi gücləndirməliyik və daha ehtiyatlı olmalıyıq”, - deyə E.Məmmədov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

