Azərbaycan R20 sammitində iştirak edir
03.11.2022 [14:48]
Noyabrın 2-3-də İndoneziyanın Bali adasında G20 “Böyük İyirmiliyin” R20 – Dini Liderlərin Beynəlxalq Sammiti keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, sammitdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov təmsil edirlər.
Azərbaycan dövlətinin dinlər və mədəniyyətlər arası dialoqda oynadığı mühüm rol, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin “Böyük İyirmilik” sammiti kimi qlobal platformalarda mütəmadi iştirakçı olmasına səbəb olub. G20 çərçivəsində Azərbaycan Şərqi Avropa, Cənubi Qafqaz və türk dövlətləri regionundan təmsil olunan yeganə ölkə olaraq özünün multikulturalizm modelini beynəlxalq müstəvidə dayanıqlı sülhün açarı kimi uğurla təqdim etməkdədir. Belə ki, Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Ötən may ayında QMİ və BBMM-nin həmtəşkilatçılığı ilə G20 Sammiti Dinlərarası Dialoq Forumunun regional ön iclasının Bakı şəhərində keçirilməsi də bir nümunədir.
Qeyd etmək lazımdır ki, dünyanın əksər regionlarından tanınmış dini liderlərin, alimlərin və ictimai xadimlərin qatıldığı R20 sammiti beynəlxalq gündəmdə olan aktual problemlərin həllində dinin birləşdirici rolunun müzakirə olunduğu mühüm dialoq platformasıdır.
Azərbaycanı R20 – Dini Liderlərin Beynəlxalq Sammitində təmsil edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra ikitərəfli görüşlər keçiriblər.
Sammitin açılış mərasiminin ardından həmtəşkilatçı qurumların təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti İndoneziyanın “Nəhdətül-Üləma” müsəlman dini mərkəzi idarə heyətinin baş sədri Yəhya Colil Staquf və Səudiyyə Ərəbistanı Krallığının “İslam Aləmi Liqası”nın baş katibi Şeyx Məhəmməd Əbdülkərim Əl-İsa ilə ikitərəfli görüşlər keçirib. Bununla yanaşı, QMİ sədri və BBMM icraçı direktoru ABŞ-da mərkəzləşən “İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsi”nin “On İkilər Kvorumu”nun üzvü Harri Stivenson, Misirin Baş müftisi Şövqi Əllam, Yaponiyanın “Şinto” Assosiasiyasının sədri, rahib Yoşinobu Miyake, Ümumdünya Yevangelist Alyansının Baş katibi, yepiskop Tomas Şirmaxer və sammitin digər iştirakçıları ilə görüşüblər.
Görüşlərdə qarşı tərəflərə Azərbaycan Respublikasının dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilib.
Görüşlərdə Azərbaycan Respublikasının İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Cəlal Mirzəyev də iştirak edib.
QMİ sədri İndoneziyanın bir sıra kanallarına müsahibələr verib. O, Azərbaycan həqiqətləri, xüsusilə də erməni işğalından azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və abadlaşdırma işlərindən bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

