ATA VƏSİYYƏTİ
03.11.2022 [11:20]
Bu günlərdə Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrindən birini - Zəfər bayramını yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, rəşadətli ordumuzun və xalqın yenilməz iradəsinin və yekdilliyinin ifadəsi olan Zəfər zirvəsinə gedən yol çox uzun və çətin olmuşdur. Ermənistanla müharibə vəziyyətində olsa da, Azərbaycan beynəlxalq güc mərkəzləri ilə də mücadilə edərək haqq səsini ucaltdı, ədalətli mövqeyindən əl çəkmədi, əsrlərdən bəri bizə dədə - babalardan miras qalmış müqəddəs torpaqlara öz halal haqqını sübut etdi.
Qarabağın işğalının ən yaxın tarixi XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində baş vermişdir. Ermənistan Qorbaçov başda olmaqla SSRİ-nin ermənipərəst rəhbərliyinin və digər beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməyə və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Öz müqəddəratını həll etmək hüququ arxasında pərdələnərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə, Dağlıq Qarabağa müstəqillik və ya Ermənistana birləşmək xülyasına düşdülər. Həmin dövrdə yaranmış vəziyyətdən, beynəlxalq dəstəkdən və Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etməyə nail oldu. İşğal olunmuş ərazilər o dövrdəki Dağlıq Qarabağ Muxtar Vilayət ərazisindən xeyli kənara çıxmış və bütün Qarabağ zonasını əhatə etmişdi. Həmçinin, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Ermənistandan və Qarabağdan öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Dünya ictimaiyyəti qarşısında baş verən bu qəddar erməni fitnəkarlığı nəinki qınanıldı, əksinə, onları hər vasitə ilə dəstəkləyənlər oldu. BMT-nin erməni işğalını əks etdirən 4 qətnaməsi 30 ilə yaxın müddətdə yalnız kağız üzərində qaldı. Beynəlxalq “sülhyaradıcı” missiyalar isə yalnız münaqişəni uzatmaqla öz işlərini bitmiş hesab etdi. Sülh danışıqlarının yalnız baş qatmaq və müddəti uzatmaq məqsədi daşıdığını anlayan Azərbaycan rəhbərliyi öz dövlətinin ərazi bütövlüyünü təmin etmək üçün haqq savaşına qalxdı. Xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmadı və daim Qarabağ həsrəti ilə yaşadı.
Azərbaycanın haqq mübarizəsinin ifadəsi olan 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Prezidentimizin və xalqımızın ən düzgün seçimi idi. Əslində dünya siyasəti bizim üçün başqa yol da qoymamışdı, bizim bircə yolumuz qalırdı - nəyin bahasına olursa olsun torpaqlarımızı azad etmək. “Sülh danışıqları” iflasa uğradığından haqq işimizi hərb yolu ilə davam etdirmək məcburiyyətində qaldıq. Qüdrətli Azərbaycan Ordusunun yeni erməni fitnəkarlığına və işğalçılıq iddialarına cavab olaraq başladığı əks-hücum əməliyyatları nəticəsində işğalda olan bütün torpaqlarımız azad olundu, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Cəsur Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, uzun illər erməni tapdağında inləyən torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan, nəhayət kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qələbəmizlə başa çatdı. Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü öz gücü, qüdrəti hesabına bərpa etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın formal xarakter daşıyan qətnamələrini özü həyata keçirdi. Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm amillərdir.
Memarı ulu öndərimiz Heydər Əliyevin olduğu Yeni Neft strategiyası, “Əsrin Müqaviləsi”ndən başlayan böyük yol iqtisadi və siyasi gücümüzün artmasına, müasir potensiala və qabiliyyətə malik ordu yaratmağa, dövlətimizin beynəlxalq nüfuzunun artırılmasına təkan verdi. Möhtərəm Prezidentimiz tərəfindən məharətlə davam etdirilən bu müdrik xətt öz müsbət nəticələrini verdi- Zəfər zirvəsinə çatdıq!
Zəfər tarixi böyük yoldur - ulu öndər Heydər Əliyevdən başlayıb onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən, xalqımızın çoxəsrlik ümdə arzularını gerçəkləşdirən bir yol. Bu yolun qürurlu qələbə nəticəsinə baxanda müdrik ATA-nın arzularının, ATA vəsiyyətinin ata ocağının, ata məktəbinin istedadlı yetirməsi və qətiyyətli davamçısı- OĞUL tərəfindən məharətlə həyata keçirilməsinin şahidi oluruq. Zəfər tariximiz həm də ata vəsiyyətinin reallaşdırılması tarixidir. Bunu hər bir azərbaycanlı böyük qürur hissi ilə qeyd edir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” , “Biz hökmən Qarabağa qayıdacağıq!” deyərək Ulu Öndərin böyük arzularını möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız böyük iradə, siyasi və hərbi ustalıqla reallaşdırdı. “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Azərbaycanın apardığı müharibə təkcə döyüş cəbhəsində deyil, informasiya cəbhəsində də gedirdi ki, bu heç də birincidən az səmərəli deyildir. Ali Baş Komandanın apardığı məqsədyönlü informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Prezident cənab İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan cənab Prezident nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut etdi. Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyanın olduqca miskin görünməsini dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirdilər.
Zəfərimizin təmin olunmasında ən böyük pay rəşadətli Azərbaycan Ordusuna məxsusdur. Zəfərimizi təmin edən qəhrəman vətən oğulları öz qanları hesabına tarix yazdılar. Üç min nəfərə yaxın igid oğullarımız vətən torpaqlarının azadlığı uğrunda “Vətən sağ olsun!” deyərək öz canlarından keçdilər. Bu Haqq Savaşımızda qəhrəman Şəhidlərimiz bizim əyilmiş qəddimizi dikəltdi. İndi biz dünyanın gözündə məğrur, qalib xalq kimi tanınırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz yeni bir tarix yazdı. Vətən müharibəsindəki qətiyyətli qələbə Azərbaycanı Cənubi Qafqazın ən kəsərli söz sahibi olan dövlətinə çevirdi. Siyasi, hərbi, iqtisadi və diplomatik sahələrdə Azərbaycan Respublikası liderdir. İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanır, burada “Böyük qayıdış” proqramı çərçivəsində infrastruktur layihələri həyata keçirilir. Füzuli və Zəngilan hava limanlarının açılışı, avtomobil yolların çəkilişi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. 2021-ci ilin aprelin 26-da Prezident cənab İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlinin qoyulması, 2022-ci ilin mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi, Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıtması yeni dövrün şanlı səhifələridir. Doğma yurd-yuvasından didərgin düşmüş Azərbaycan vətəndaşları öz doğma ata-baba yurdlarına qayıdırlar. Dövlətimiz tərəfindən bölgədə yeni-yeni perspektivlər, imkanlar yaradılacaq və sosial həyat yüksək rifah halı ilə davam edəcəkdir. Qarabağ öz tarixi ritminə qayıdacaqdır.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olmasına Vətən müharibəsi zamanı bütün dünya bir daha əmin oldu. 44 günlük şanlı tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar verərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu dəstək əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azadlıq meydanında möhtəşəm Zəfər Paradı keçirildi. Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik və tarixi həqiqətə əsaslanan nitqində vurğuladı ki, “...Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik...”. Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi hərtərəfli güclü dəstəyini həyata keçirilən böyük layihələrdə aydın görmək olur. Şuşa Bəyannaməsi, Füzulidə və Zəngilanda hava limanlarının istifadəyə verilməsində hörmətli R.T. Ərdoğanın möhtərəm Prezidentimizlə yanaşı olması bu qardaşlığın bariz nümunəsidir.
Qarabağ savaşı böyük tarix olmaqla yanaşı, həm də dünya ictimaiyyəti üçün bir milli xarakter və mentalitet sərgisidir. 30 il erməni işğalı altında olan ərazilərdə nə yaradıldı? Xarabalıqlar, dağıntılar, goreşənlər tərəfindən dağıdılmış qəbirlər, viran qoyulmuş tarix, mədəniyyət, dini abidələr, donuz saxlanılan məscidlər, heç bir həyat əlaməti olmayan mənzərələr- bu ermənilərin “yaratdığı” Qarabağ idi. Bütün dünya bunu gördü, bu acı mənzərələrin şahidi oldu. Bu erməni xislətinin bariz ifadəsidir. Erməni yalnız dağıtmaq və məhv etmək üçün yaranıb. Ona alternativ olaraq son 2 ildə Azərbaycan xalqının ruhunun, iradəsinin ifadəsi olan yollar, ağıllı kənd və şəhərlər, böyük quruculuq, hava limanları, göz oxşayan mənzərələr yaranır. Dünya bunu da görür. Bu isə uzun illər ədalətsizlikdən və təcavüzdən əzab çəkən Azərbaycan reallığıdır! Dünyaya müqayisə üçün ən canlı şahid olan əyani mənzərələr Zəfərdən əvvəlki və sonrakı Qarabağ. Dünya bunu qəbul etməyə məcburdur və boş xülyalarla yaşayan revanşistlərə ən tutarlı cavabdır. Torpaq əsl sahibinə qismət olanda orda ancaq qurub yaratmaq eşqi hökm sürür.
Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və milli qürur hisləri yaratdı- biz qalib xalqıq! Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqının milli qürurunu dünyaya tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”, - deyən Prezidentimizə olan sonsuz inamı, sevgini əbədiləşdirdi, tarixiləşdirdi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zəfər Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin təsdiqi, sübutu deməkdir. Xalq bir daha əmin oldu ki, o, hər bir azərbaycanlının Prezidentidir!
Azərbaycanı Qarabağa qovuşduran, tarixi zəfərə imza atan, şəhidlərimizin, Xocalı qurbanlarının, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alan, işğalçı Ermənistana layiq olduğu yeri göstərən bu zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev Məktəbinin layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuz, rəşadətli əsgər və zabitlərimizin, yenilməz xalqımızın sayəsində Azərbaycan Zəfər ruhuyla böyük gələcəyə doğru addımlayır.
Zəfər bayramınız mübarək, cənab Ali Baş Komandanımız, qəhrəman xalqımız, müzəffər Ordumuz!. Böyük Zəfərin mübarək, Azərbaycan!
Bakı şəhəri Pirallahı Rayon
İcra Hakimiyyətinin başçısı Vasif İmanov
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

