Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocavənddəki kütləvi məzarlıqda ayaqları kəndirlə bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb

Xocavənddəki kütləvi məzarlıqda ayaqları kəndirlə bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb

04.10.2022 [15:21]

Ermənilər tarix boyu xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq da bunlardan biridir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.

“Xocavənd rayonunun Edilli kəndində 3 sahə aşkar olunub. Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlandı. Çoxunun ayaqları kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31