Dünyadan doyub, Vətəndən doymayanlar
15.09.2022 [11:11]
“Şəhid olsam, mənə xalqım yas tutacaq”
Dövlət himayəsində böyüyən şəhid Səbuhi Əhmədovun xatirələrindən
Günel ABBAS
Mənim qardaşım yoxdur, bəlkə buna görə bütün şəhidləri özümə qardaş bilirəm. Bu gün dövlət himayəsində böyüyən 26 yaşlı Səbuhi Əhmədovun dəfnində də həmvətəndən ziyadə bir bacı kimi iştirak etdim. Təkcə mən yox, mərasimdə iştirak edən hər bir azərbaycanlı Səbuhini özünə ən yaxını hesab edirdi. Yaşadığım hisslər mənə İkinci Qarabağ müharibəsində şəhid olan kimsəsiz Əmrah Rəcəbovu xatırlatdı. Onda da buna bənzər hisslər keçirmişdim. Bütün şəhidlər əzizdir, ancaq arxasından saç yolan anası, dərdini ürəyində daşıyan bacısı olmayanlar mənə daha əzizdir. Söz yox ki, bu gün onlar üçün bütün Azərbaycan göz yaşı axıdır.
Dövlət himayəsində böyüyənlər deyir ki, bizləri dövlət böyütdüyü üçün Vətənə çox bağlı oluruq. Çünki bu həyatda bir anamız var, o da Vətəndir. Biz nəyəsə görə döyüşmürük, Vətənə olan sevgimiz üçün şəhid oluruq. Biz döyüşürük ki, övladlarımız, ölkəmiz sülh içində yaşasın. Səbuhi Əhmədov məhz bu ifadələri təsdiq edən, Vətəndən başqa kimsəsi olmayan, canını bu həyatdakı tək yaxınına, Vətəninə - ailəsinə fəda edən bir igiddir. Gəlin, əvvəlcə Vətən, millət uğrunda canından keçən Səbuhinin taleyini yaxından öyrənək...
Qardaşı Sənan Əhmədovun sözlərinə görə, onlar körpə olanda valideynləri vəfat edib, SOS kəndində böyüyüblər: “Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi. Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, “mənimlə fəxr edəcəksən”. Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdən güllələr atıldığını dedi. Səhəri günü danışdıq... Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm”.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva bildirib ki, Səbuhi 2016-cı ildə kollecdən məzun olub. Müəlliməsi deyir ki, Səbuhi çox tərbiyəli, çalışqan tələbə kimi yadlarında qalıb: “Səbuhi kimsə vəfat edəndə kövrəlirdi. Bir sözü vardı, “onu ağladılar, məni də ağlayan olacaqmı? Elə buna görə şəhid olmaq istəyirdi. Deyirdi şəhid olsam, mənə xalqım yas tutacaq. Dəfnimə el axışacaq”.
Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun qayınanası Aybəniz Ağalarova qeyd edib ki, Səbuhi İkinci Qarabağ savaşında iştirak edib yaralanmışdı: “Yaralı-yaralı gedib iştirak etdi yazıq balam. Ailə qurmaq istəyirdi, deyirdi ki, bu dəfə gələndə məni evləndirərsən. Ailə qurmaq, ev-eşik sahibi olmaq ən böyük arzularından idi. Amma balam burada özünə mənzil qurdu, şəhidlik zirvəsinə ucaldı. Hər bir valideyn istəyərdi ki, elə bir övladı olsun”.
İndi bizim bir təsəllimiz var, qardaşımız, övladımız Səbuhi Vətən uğrunda şəhadətə yetişib. Ancaq adamı təəssüfləndirən məqamlar da olur. Bilirsiniz, mənə ən çox təsir edən nədir?! Çoxlarının valideyni övladı haqda ağızdolusu danışır, başına qaralar bağlayıb yasını saxlayır. Amma Səbuhinin nə uşaqlığı var, nə də arxasından ağlayacaq anası. Biz hər gün Səbuhinin timsalında Vətəndən başqa ailəsi olmayan qardaşlarımız, övladlarımız üçün ayrıca bir dua da etməliyik.
...Səbuhinin fotosunu ilk görəndən göz yaşlarımı saxlaya bilmirəm. Bəlkə də onu özümə qardaş kimi görürəm. Gözümün qarşısına simasını gətirib, dualar edib göz yaşı axıdıram, amma yenə də rahatlaşmıram. Açığı, hərdən çox utanıram, torpağın altında Səbuhi kimi oğullar yatıb deyə, bu torpağa basan ayaqlarıma lənət oxuyuram. Nə etsək, nə desək, borclarından çıxa bilmərik. Çünki bu dünyadan doymadı, səbuhilər. Yarım qalan xəyalları, arzuları, sanki hər addımda insanın yolunu kəsir...
Şəhidlər ölmür axı, onda dediklərimizi duyub, hiss edə bilərlər. Sənə səslənirəm, qardaş. Yolun düşsə bu dünyaya bir də gəl. Ancaq bu dəfə tamam başqa qədəmlərlə gəl. Gəlişinlə səndən əvvəl 5 qız övladı olan bir atanın oğlu olaraq dünyaya göz aç. Doğum evindəki tibb bacısı atanı müjdələyib desin ki, gözünüz aydın oğlunuz oldu. O da sevincək oğlunu qucağına alıb bağrına basaraq fəxr eləsin. Ana-ata nəvazişi ilə böyük bacıların bircə dənə ərköyün qardaşı kimi böyü bu dəfə. Yenə Vətəni qorumağa get, yenə əsgər ol, zabit ol, amma sağ-salamat qayıt...
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

