Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Marko Rubio: Meksika kartellərinin yaratdığı təhlükəyə mütləq cavab veriləcək

Marko Rubio: Meksika kartellərinin yaratdığı təhlükəyə mütləq cavab veriləcək

10.09.2026 [18:20]

ABŞ Meksikadakı narkotik kartellərinin yaratdığı təhlükəyə mütləq cavab verəcək, lakin Vaşinqton bu mübarizədə Mexiko ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ dövlət katibi Marko Rubio Ekvadorun paytaxtı Kitoda jurnalistlərə açıqlamasında bildirib. “Əsas niyyətimiz bu addımı Meksika ilə tərəfdaşlıq çərçivəsində atmaqdır. Bu, ən ideal seçimdir. Lakin nəticə etibarilə bu təhlükəyə qarşı çıxmaq məcburidir”, - deyə dövlət katibi ABŞ-nin cənub sərhədindəki iri narkotik kartelləri problemini şərh edərkən vurğulayıb.

Rubio Meksika hakimiyyəti ilə birgə işləmək istədiklərini desə də, ölkənin miqyası və kartellərin gücü səbəbindən Meksika məsələsinin daha ciddi problem olduğunu qeyd edib.

Vaşinqton və Mexiko arasındakı münasibətlər aprelin 19-da baş vermiş insidentdən sonra kəskin pisləşib. Həmin vaxt narkotik laboratoriyasında keçirilən əməliyyat zamanı akkreditasiyadan keçməmiş iki ABŞ agenti və Çihuahua Dövlət Prokurorluğunun iki yüksək vəzifəli məmuru həlak olub. Hadisədən sonra Meksika Baş Prokurorluğu xarici nümayəndələrin ölkə qanunlarını pozması faktı üzrə araşdırma başladıb. Buna cavab olaraq ABŞ tərəfi aralarında mütəşəkkil cinayətkarlıq və narkotik kartelləri ilə əlaqədə ittiham olunan Sinaloa qubernatoru Ruben Roça Moyanın da olduğu bir neçə siyasətçinin təcili həbsi və ekstradisiya edilməsi tələbini irəli sürüb.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30