Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bütün qələbələrimiz Heydər Əliyev yolu ilə bağlıdır

Bütün qələbələrimiz Heydər Əliyev yolu ilə bağlıdır

10.09.2026 [18:13]

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının XIII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tarixən böyük nailiyyətlər əldə edib. 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olub. Bu baxımdan, hesabat dövrü YAP Balakən rayon təşkilatı üçün siyasi fəaliyyətin daha çevik və məqsədyönlü qurulduğu mərhələ kimi xarakterizə oluna bilər. A.Balayev “Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları dayanır”, - deyə  vurğulayıb.

Çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev YAP-ın iqtidar partiyası olaraq Azərbaycanın hərtərəfli inkişafında rolunu xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramlarının Balakəndə də uğurla icra olunduğunu bildirib. Bu proqramların icra nəticəsində rayonun əldə etdiyi nəticələr barədə məlumat verib.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxışında YAP-ın ümumxalq partiyası olaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsədlər ətrafında birləşdirməsi və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır”, - deyə deputat qeyd edib. Onun sözlərinə görə, dövlətimizin başçısının müdrik siyasəti ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edib: “Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya nəticəsində ümummilli məsələlərdə vahid mövqe müəyyənləşib”.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı fəaliyyətində müasir çağırışlara uyğun yeni yanaşmaların tətbiq olunduğunu vurğulayıb, bu istiqamətdə əldə edilən nəticələrə diqqəti cəlb edib. Onun sözlərinə görə, qurultayda qəbul edilmiş qərarlar yerli təşkilatların fəaliyyətinə də əhəmiyyətli təsir göstərib.

Konfransda YAP Balakən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30