Tərəqqi və Zəfər yolunda...
10.09.2026 [15:54]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatının fəaliyyətinin partiyanın qarşıya qoyduğu vəzifələrə uyğun qurulduğunu, ərazi partiya təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzvlərlə işin daha da təkmilləşdirilməsi, qadın və gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında Qubada həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrdən, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycanın tərəqqi və Zəfər yolunda inamla irəlilədiyini, ölkədə həyata keçirilən dövlət siyasətinin bölgələrin inkişafına mühüm imkanlar yaratdığını, Qubada da bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, YAP Quba rayon təşkilatı ictimai-siyasi proseslərdə fəal iştirak edir, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına öz töhfəsini verir.
Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O qeyd edib ki, partiyanın milli maraqlara əsaslanan siyasi mövqeyi ölkənin davamlı inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edir. Deputat YAP Quba rayon təşkilatının hesabat dövründə fəallığı ilə seçildiyini, qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin birgə fəaliyyətinin mühüm rol oynadığını bildirib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycanın son illərdə əldə etdiyi siyasi-iqtisadi və hərbi nailiyyətlərdən danışıb. O, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal arenada dövlətimizin beynəlxalq mövqeyinin daha da gücləndiyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu vurğulayıb. Deputat bildirib ki, bu uğurların əldə olunmasında xalq-iqtidar birliyi ilə yanaşı, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə fəal mövqeyi də xüsusi rol oynayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi Elza Orucova təhsil müəssisələrində vətənpərvərlik, dövlətçilik və milli ideologiya prinsiplərinin təbliğinin gənclərin ictimai fəallığının artırılmasına müsbət təsir göstərdiyini bildirib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra görülən işlərdən və qarşıda duran əsas vəzifələrdən danışıb.
Konfransda YAP Quba rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13

