Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq müddəti 4 aya endirilib

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq müddəti 4 aya endirilib

11.09.2026 [20:41]

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsinə hazırlıq müddəti müasir texnologiyaların tətbiqi və toplanmış təcrübə hesabına 12 aydan təxminən 4 aya endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev məlumat verib.

O bildirib ki, şəhər sakinləri və sürücülərin rahatlığını təmin etmək məqsədilə 2026-cı ildə tranzit dəhlizlərinin sayı 6-ya çatdırılacaq. Həmçinin Üzeyir Hacıbəyli küçəsində əlavə tranzit dəhlizi təşkil olunacaq. Həmçinin son üç ildə inşa edilən 4 yeni tribuna hesabına azarkeş tutumu 6 min yer artırılıb və ümumi tutum 21 min nəfəri ötüb.

Qeyd olunub ki, yarışın infrastrukturu yerli mütəxəssislərin iştirakı ilə qurulur. Hazırlıq və təşkilati işlərə 1400-dən çox mühəndis və texniki heyət, yarış həftəsində isə 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal cəlb olunacaq.

Xatırladaq ki, yarış sentyabrın 24-26-da keçiriləcək.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31