“Əkiz qüllələr”dən dünyaya yayılan qorxu!
11.09.2026 [08:50]
2977 ölü, 24 itkin...
11 sentyabr terrorundan 25 il ötür
2001-ci il sentyabrın 11-i təkcə ABŞ tarixinin deyil, bütün dünyanın yaddaşına həkk olunan ən faciəli günlərdən birinə çevrildi. Həmin səhər baş verən terror hücumları minlərlə insanın həyatına son qoydu və beynəlxalq münasibətlərdə yeni bir dövrün başlanğıcını qoydu. Artıq həmin hadisələrdən 25 il ötür. Nyu-Yorkda, “Əkiz qüllələr”də baş verən dəhşətli terror aktı təkcə bir neçə min günahsız insanın həyatına son qoymadı, həm də beynəlxalq münasibətlərin bütün sistemini dəyişdirdi. O gün sübut olundu ki, terror artıq lokal problem deyil, bütün bəşəriyyətin ortaq dərdidir.
Paytaxtdan da böyük şəhərin ən böyük ticarət mərkəzləri yerlə-yeksan olarkən dünya bir həqiqəti qəbul və təsdiq etdi: heç bir dövlət, heç bir xalq bu bəladan sığortalanmayıb. Həmin hadisə göstərdi ki, 21-ci əsrdə sülh və təhlükəsizlik anlayışı yalnız bir ölkənin deyil, bütün planetin taleyinə bağlı olacaq.
Ard-arda 4 hücum...
- Yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı.
- 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı.
- 40 dəqiqə sonra, yəni 09:43-də ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu.
- Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
Terrorçunun milliyyəti və dili olmur
Terror aktı nəticəsində 2977 nəfər həlak olub, 19 terrorçu ölüb, 24 nəfər itkin düşüb, ən azı 102 ölkənin vətəndaşı həyatını itirib. İnfrastruktura və əmlaka 10 milyard dollara yaxın ziyan vuruldu. Müvafiq olaraq 343 yanğınsöndürən və 71 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirdi.
Bu hadisə bir günün deyil, bütün bir dövrün simvoluna çevrildi. Terror insan həyatının, mədəniyyətin, sivilizasiyanın ən böyük düşmənidir. Bu aksioma terrora qarşı mübarizənin qlobal əhəmiyyət daşıdığını təsdiqlədi. Hadisənin dəhşəti həm də insanlığa bəslənən nifrətin, gözlənilməz qəddarlığın fonunda terrorun mahiyyətini ortaya qoyurdu. 11 sentyabr ona qədərki terror hadisələrinin dəhşətini danışırdı və göstərirdi - terrorçunun milliyyəti və dili olmur. Deməli, 11 sentyabr terroru həm də Xocalı idi, həm də Srebrenitsa idi, həm də digər faciələr, terrorlar idi, bu terrorlara susqunluğun nəticəsi idi...
Bu faciə hər kəs üçün həm nümunə, həm də dərs idi. Heç kim terror təhlükəsindən sığortalanmayıb. İstənilən millət, istənilən şəhər, istənilən insan bu amansız ideologiyanın hədəfinə çevrilə bilər. Necə ki, Nyu-York çevrildi.
Terrorla mübarizə yalnız güclə aparılmamalıdır...
11 sentyabr hadisəsi həm də göstərdi ki, terrorçuların məqsədi təkcə can almaq deyil, həm də insanlığın ruhunu sarsıtmaq, ümidini qırmaqdır. Onlar ölüm vasitəsilə qorxuya hakim olmaq, siyasi iddialarını zorla qəbul etdirmək istəyirlər. Amma ən ağır məqam odur ki, bu cinayətlərdən ən çox əziyyət çəkən günahsız insanlardır. 11 sentyabrda ölənlər işinə tələsən ofis işçiləri, xidmət personalı, təcili yardıma qaçan xilasedicilər idi.
Terror yalnız bir ölkənin problemi deyil. Bütün böyük dövlətlər 11 sentyabrdan sonra “terrora qarşı mübarizə” şüarı ilə çıxış etdilər. Lakin sual budur: Mübarizə nə dərəcədə səmərəli oldu? Silahların kölgəsində aparılan əməliyyatlar, geosiyasi maraqlar naminə yaradılan münaqişələr bəzi hallarda terroru aradan qaldırmadı, əksinə, yeni ocaqlar yaratdı. Bu isə onu göstərir ki, terrorla mübarizə yalnız güclə deyil, həm də ideyalarla, mədəniyyətlə, maariflə aparılmalıdır.
Terror aktlarına cavab tədbirləri ilə bağlı Federal Təhqiqatlar Bürosunun (FTB), digər federal agentliklərin və ABŞ-ın beynəlxalq tərəfdaşlarının gərgin işi sayəsində o vaxtdan bəri Amerika ərazisində xarici terror təşkilatları tərəfindən heç bir irimiqyaslı hücum baş verməyib. Lakin ABŞ-ın səylərinə baxmayaraq son 20 ildə texnologiyalar inkişaf etdikcə, dünyada qarşılıqlı əlaqələr möhkəmləndikcə, məlum təhdidlər transformasiyaya məruz qalıb, yeni təhdidlər yaranıb. Xüsusilə, son vaxtlar kibertəhlükəsizliklə bağlı təhdidlər artıb. Belə təhdidlər adətən ölkələrin hüdudlarından kənarda təşkil olunur.
Terror aktının onuncu ildönümündə - 2011-ci ildə “Əkiz qüllələr”in yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub. 2014-cü ilin mayında isə ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzey fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.
25 il keçməsinə baxmayaraq, bir həqiqət dəyişmir: terrorun ən böyük qurbanları günahsız insanlardır. 11 sentyabr faciəsi göstərdi ki, zorakılıq yalnız bir binanı və ya bir şəhəri deyil, milyonlarla insanın təhlükəsizlik və gələcəyə baxışını dəyişə bilər...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42

