Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya bəzi məhsulların ixracına qadağa qoyub

Rusiya bəzi məhsulların ixracına qadağa qoyub

10.03.2022 [17:02]

Qərbin sanksiyalarına cavab olaraq Rusiya hökuməti bu ilin sonunadək ixracı qadağan olunan məhsul və avadanlıqların siyahısını müəyyənləşdirib.

"APA-Economics" Rusiya hökumətinin açıqlamasına istinadən xəbər verir ki, siyahıda texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, o cümlədən dəmiryol vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, konsollar və panellər daxil olmaqla ümumilikdə 200-dən çox məhsul və avadanlıq yer alıb.

"Bu tədbir Rusiya bazarında sabitliyi təmin etmək üçün zəruridir", - açıqlamada deyilir.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31