İcbari tibbi sığortadan Türkiyədə də yararlana biləcəyik
09.02.2022 [15:06]
MÜŞFİQƏ
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün istiqamətlər kimi səhiyyə və tibb sahələrini də əhatə edir. Bu məqsədlə, ötən ilin noyabrında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Sosial Müdafiə Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Üçillik Anlaşma Memorandum çərçıvəsində əməkdaşlığı daha da gücləndirmək, Türkiyənin təcrübəsindən faydalanmaq, gələcəkdə sığortaların qarşılıqlı tanınması istiqamətində işlər aparılacaq. Belə ki, Türkiyə vətəndaşları Azərbaycanda öz sığortasından istifadə edəcək, Azərbaycan vətəndaşları da Türkiyədə icbari tibbi sığortadan yararlana biləcəklər.
Türkiyənin 10 illik təcrübəsindən ölkəmizin vətəndaşları da yararlanacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Anlaşma Memorandumunun iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirib: “Qardaş ölkə həkim mütəxəssislərin müxtəlif ixtisaslar üzrə təhsil almasına, bilik və bacarıqlarının artmasına hər zaman böyük töhfə verir. Bu da əlbəttə ki, səhiyyənin inkişafı ilə yanaşı, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır. Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəklər”.
Azərbaycanla digər sahələrdə olduğu kimi sosial təminat sahəsində də əməkdaşlığın uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Cevdet Ceylan rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətinə aid təcrübəni qardaş ölkə ilə bölüşməkdən məmnun olduğunu bildirib: “2012-ci ildən tətbiq etməyə başladığımız icbari tibbi sığorta ilə biz cəmiyyətin bütün üzvlərinin iqtisadi gücündən və istəyindən asılı olmayaraq tibbi xidmətlərdən bərabər, əlçatan və effektiv faydalanmasını təmin edirik. Bunun nəticəsidir ki, Türkiyədə əhalinin 99 faizi universal tibbi sığorta ilə əhatə olunur”.
Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, qardaş Türkiyə ilə bu Memorandumun imzalanması həm səhiyyənin inkişafı, həm də əhaliyə tibbi yardımın göstərilməsi baxımından çox böyük əhəmiyyəti olacaq: “Vətəndaşlarımız yaxın gələcəkdə Türkiyə Respublikasında da sığorta çərçivəsində bütün tibbi ximətlərdən istifadə edə biləcəklər. Hər bir Azərbaycan vətəndaşının özünü qardaş ölkədə sağlamlıq baxımından tam güvəndə hiss etməsinə gətirib çıxaracaq”.
Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta sahəsində əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib: “Agentlik ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır”.
Qeyd olunub ki, Anlaşma Memorandumuna əsasən icbari tibbi sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsi, icbari tibbi sığortaya dair qanunvericiliyin təkmilləşdirilməsi kimi sahələrə əməkdaşlıq çərçivəsində üstünlük verıləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22

