Türk Dövlətləri Təşkilatı Qazaxıstanın yanındadır
12.01.2022 [09:54]
Təşkilatın növbədənkənar iclası nə ilə yadda qaldı?
Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının yanvarın 11-də Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası keçirilib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev çıxış ediblər.
İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ölkəmiz qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir. Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir. “Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir”, - deyə C.Bayramov vurğulayıb.
İclasın sonunda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının adından bəyanat qəbul olunub. Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərlə əlaqədar başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktları pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb. Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqət çəkilib. Təşkilat hazırkı böhrandan çıxmaq üçün lazım gələrsə, Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yaxşılaşmasına yönəlmiş islahat gündəliyi dəstəklənib. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, türk dövlətlərinin Qazaxıstanla bağlı ortaq mövqe sərgiləməsi çox yaxşı haldır. Çünki bu ölkədəki gərginlik türk birliyinin güclənməsinə xələl gətirə bilər. Ona görə də TDT-nin vahid mövqedən çıxış etməsi, Qazaxıstanın bütövlüyünə, təhlükəsizliyinə dəstək verməsi çox önəmlidir. Politoloqun sözlərinə görə, Xarici İşlər Nazirləri Şurasının bəyanatında da bu məqamlar əksini tapır: “Bəyanatda Qazaxıstanda sülh və sabitliyin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktları pislənilib. Eyni zamanda, beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğu diqqətə çatdırılıb. Bilirsiniz ki, bu sənəd gələcək hədəfləri özündə əks etdirir. Təsadüfi deyil ki, TDT nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, “Türk Dünyasına Baxış 2040” sənədi daxili və xarici sınaqlarda lazımi birliyi, həmrəyliyi özündə ehtiva edir. Ona görə də təşkilat olaraq siyasi və iqtisadi bütövlük istiqamətində addımlar sürətləndirilməlidir.
Nəzərə alaq ki, inkişaf üçün ən başlıca şərt sabitlik və təhlükəsizlikdir. Bu səbəbdən, türk dövlətləri gələcəkdə baş verə biləcək təhdidlərin qarşısını almaq və bu prosesdə vahid güc olması üçün qarşılıqlı əməkdaşlığı vaxt itirmədən gücləndirməlidirlər. Belə bir nümunə Azərbaycan və Türkiyənin timsalında mövcuddur. Mərkəzi Asiyanın türk dövlətləri də bu nümunədən yararlanmalı, təhlükəsizlik naminə vahid platformadan çıxış etmək üçün əməli addımlar atmalıdırlar. İmkan verilməməlidir ki, xarici qüvvələr türk birliyinə zərbə vursun. Bu baxımdan, TDT-nin Qazaxıstanla bağlı vahid möqve nümayiş etdirməsi təqdirəlayiqdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25

